Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1532/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis baş serjantı X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Şamaxı şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və 329.3-cü və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 09.04.2021-ci il tarixdə, saat 10:45 radələrində Şəxs idarə etdiyi “Daewo” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, “Koroğlu” küçəsi ilə hərəkətdə olan zaman uzaq işıq cihazlarından siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, həkim müayinəsi zamanı sərxoş halda olduğu, spirtli içkidən istifadə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən 09.04.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, 09.04.2021-ci il tarixdə, saat 10:45 radələrində vətəndaş Şəxs idarə etdiyi “Daewo” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, “Koroğlu” küçəsi ilə hərəkətdə olan zaman uzaq işıq cihazlarından siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, həkim müayinəsi zamanı onun sərxoş halda olduğu, spirtli içkidən istifadə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən 09.04.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də 09.04.2021-ci il tarixdə, saat 10:45 radələrində idarə etdiyi “Daewo” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman işıq siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı ondan şübhələndikləri üçün həkim müayinəsinə dəvət olunmuş, həkim müayinəsi zamanı sərxoş halda olduğu, spirtli içkidən istifadə etməsi aşkar olunmuşdur. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həqiqətən də həmin vaxt içkili olmuş, bir qədər spirtli içki qəbul etmişdir. Törətdiyi əməldən peşmandır və odur ki barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 09.04.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 09.04.2021-ci il tarixli, 1853 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs uzaq işıq siqnallarından istifadə qaydalarını pozduğu saxlanılmış və nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi tam sübuta yetirilir. Belə ki sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. (alkometr - 0,34 promil) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1532/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1532/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver