Məhkəmə qərarları › İş №3(060)-1533/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1533/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1533/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 07 iyun 2022-ci il tarixli, EP № 0002711, 00700-0111/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt səhəri, H.Z.Tağıyev qəsəbəsi, ev Texno-park sahəsi olan Şəxs VÖEN: ********** (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.1-ci maddəsinə əsasən 07 iyun 2022-ci il tarixli EP № 0002711, 00700-0111/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə Türkiyə Respublikasından 76AAB912/76AAB854 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi “yanma və elektrik mühərriklərini” Sumqayıt Baş Gömrük idarəsində **********0289 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmişdir, “STP Global Cable" MMC xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsinin “Mazımçay" gömrük postundan keçməklə 76AAB912/76AAB854 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verildiyi **********08295 sorqu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malları üç mal mövqeyi üzrə (üç adda) və üç ayrı ayrı XİF MN üzrə üç müxtəlif kod altında bəyan etməli olduğu halda, malları cəmi bir adda bir kod altında bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli EP № 0002711, 00700-0111/22 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 08 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər Departamenti Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********0289 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 76AAB912/76AAB854 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi “yanma və elektrik mühərriklərini” yükü daxil olmuşdur. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu sual edilməsi haqqında 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, STP Global Cable” MMC-nin etibarnamə ilə nümayəndəsi X1 izahatında Türkiyə Respublikasından 76AAB912/76AAB854 qeydiyyat nişanlı avtomaşınla göndərilmiş “yanma və elektrik mühərrikləri” yükü 27 may 2022-ci il tarixdə Qərb Ərazi Bas Gömrük idarəsinin “Mazımçay" gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olmuş və **********0289 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük idarəsində bəyan edilmişdir. Həmin yüklərə dair əvvəlcədən **********08295 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edərək gömrük orqanına verilmiş, qısa idxal bəyannaməsində mallar bir adda və bir kodda, gömrük bəyannaməsində isə üç adda və üç mal kodunda bəyan edilmişdir. Buna səbəb kimi göstərilmişdir ki, nəqliyyat vasitəsi artıq sərhəd gömrük orqanına çatdığı üçün qısa müddət ərzində qısa idxal bəyannaməsini verilməlidir, lakin vaxt (zaman) az olduğundan malları birləşdirərək bır adda bəyan qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə Türkiyə Respublikasından 76AAB912/76AAB854 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi “yanma və elektrik mühərriklərini” Sumqayıt Baş Gömrük idarəsində **********0289 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmişdir, “STP Global Cable" MMC xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsinin “Mazımçay" gömrük postundan keçməklə 76AAB912/76AAB854 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verildiyi **********08295 sorqu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malları üç mal mövqeyi üzrə (üç adda) və üç ayrı ayrı XİF MN üzrə üç müxtəlif kod altında bəyan etməli olduğu halda, malları cəmi bir adda bir kod altında bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli, EP № 0002711, 00700-0111/22 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-nin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt səhəri, H.Z.Tağıyev qəsəbəsi, ev Texno-park sahəsi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar