Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1533/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza sədrliyi, Əhmədli Amil Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxsin nümayəndəsi Şimal Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-9444/2018 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 11876 manat ödənilməyən borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)- 9444/2018 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat aliment ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icra icraatına başlanılmışdır. 2025-ci ilin fevral ayınadək Zərərçəkmiş şəxs alimentin ödənilməməsi ilə bağlı icra idarəsinə heç bir şikayət etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə idarəyə müraciət edərək 2022-ci ilin iyun ayından 2025-ci ilin fevral ayınadək Şəxsla birlikdə yaşadıqlarını bildirmiş, lakin alimentin ödənilməməsi barədə şikayət etmişdir. İcra İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə borclu Şəxs xx.xx.2025-ci il tarixədək 10236 manat məbləğində borcunun olmasına dair qərar qəbul edilmiş və qeyd olunan qərar borclu Şəxs təqdim edilmişdir. Daha sonra, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-335/2025 nömrəli qərardadına əsasən xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Zərərçəkmiş şəxs Oqtay qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. 2025-ci ilin fevral ayından borclu hər ay 308 manat məbləğində aliment ödəmişdir. xx.xx.2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs idarəyə yaxınlaşıb ərizə yazaraq ona xx.xx.2025-ci il tarixdə yazdığı ərizəni fiziki və psixi hədə ilə yazdığını bildirmiş və aliment borcunun ödənilməsini tələb etmişdir. Halbuki ərizəni İcra İdarəsində özü yazmışdır. Hazırda borclunun 11876 manat məbləğində aliment borcu vardır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ş.Pirəliyevin icraatına daxil olmuşdur. Sonradan onun icraatına keçmiş və xx.xx.2025-ci il tarixli, MN2091284 nömrəli inzibati xəta haqqında protokol isə onun tərəfindən tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun 11876 manat borcu var, borcun 1640 manat məbləği indeksasiya nəticəsində hesablanmış ödənişdir. zərərçəkmiş şəxs aliment borcunun tam ödənilməsini tələb etdiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixinədək alimentin ödənilməməsi barədə müraciət daxil olmamışdır. Borclu xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək ayda 308 manat olmaqla aliment ödəmişdir. xx.xx.2025-ci il tarixində zərərçəkmiş şəxs müraciət edərək, xx.xx.2025-ci il tarixli ərizəsini Emilin təsiri altında yazdığını bildirmiş və ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Şimal Vəkil Bürosunun vəkili X6 izahatında məhkəmə iclasında zərərçəkmiş şəxsin iştirak edə bilmədiyini və onun nümayəndəsi qismində iştirak etdiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsini Şəxs təsiri altında yazmışdır. Belə ki, Zərərçəkmiş şəxs borclu Şəxsla xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinədək barışıb birlikdə yaşamışlar. Bununla bağlı MKS-in rəisinin arayışı və borclunun və Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvanlarda yaşayan qonşuların aktları da vardır. Zərərçəkmiş şəxs həmin 4 ay birlikdə yaşadıqları müddət üzrə aliment borcunu tələb etmir. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-335/2025 nömrəli qərardadına əsasən alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. O, borclu Şəxs əməlində qərəz olduğunu, işləyib aliment borcunu ödəyə biləcəyini və indeksasiyadan məlumatlı olduğunu, hazırda borcun tam ödənilməsini tələb etdiyini bildirmiş və borc ödənilmədiyi təqdirdə borclu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş şəxsin nümayəndəsi “Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsində verdiyi izahatında Şəxsla xx.xx.2025-ci il tarixədək birlikdə yaşadıqlarını və normal ailə münasibətlərinin olmasını, hətta 3-cü uşaqlarının dünyaya gəldiyini, həmin dövr ərzində övladlarının saxlanılmasına Emilin də kömək etdiyini bildirməsinə” münasibətdə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs həmin izahatını da hədə altında vermiş və 2025-ci ilin fevral ayınadək başqa işləri olduğu və xəstəsi olduğu üçün aliment borcunun ödənilməsi ilə bağlı İcra İdarəsinə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, alimentin ödənilməsi barədə qətnamə olsa da, onlar faktiki olaraq birlikdə yaşayıblar. Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayında atasıgilə gedib həmin ildə iyun ayında yenidən evə qayıtmışdır. Onlar xx.xx.2025-ci il tarixinədək birlikdə mehriban yaşamışlar. Hətta xx.xx.2024-cü il tarixdə 3-cü uşaqları da dünyaya gəlmişdir. O, xx.xx.2025-ci il tarixində pul verərək tələbkarı toya göndərmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə uşaqları evdə qoyub evi tərk edərək atasıgilə getmiş, təxminən 20 gün sonra gəlib uşaqları da aparmışdır. Hazırda uşaqların bütün paltarları və əşyaları onun evindədir. O, uşaqları getdikdən sonra hər ay tutulmuş aliment məbləğini 308 manat olmaqla ödəmişdir. Aliment məbləğinin indeksasiya edilməsi ilə bağlı qərar çıxarılmasından məlumatı olmamış və may ayında aliment məbləğinin indeksasiya edildiyini öyrənmişdir. O, borc məbləği ilə razı olmadığını, 2025-ci ilin fevral ayında tələbkarın uşaqları da götürüb evdən getdiyini, həmin tarixədək onların bütün ehtiyaclarını qarşıladığını, mart ayından isə hər ay 308 manat olmaqla aliment borcunu ödədiyini, hazırda müdafiəçisinin aliment borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmiş və göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, tərəflər bir yerdə yaşayıblar, bunu zərərçəkmiş şəxsin özü də İcra İdarəsində yazdığı ərizəsində və may ayında Sumqayıt şəhər Məhkəməsində məhkəmə iclasında etiraf etmişdir. Alimentin tutulması ilə bağlı qətnamə formal olmuşdur və tərəflər üç il sosial yardım almışlar. Müdafiə etdiyi şəxs xx.xx.2025-ci ildən bu günədək ayda 308 manat olmaqla aliment ödəmişdir. xx.xx.2025-ci ilədək hesablanmış aliment borcunun silinməsi və indeksasiya edilmiş aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə iddia ərizəsi vermək üçün mediasiyaya müraciət etdiyini, aliment borclarının silinməsi tələbinə dair mediasiya arayışının xx.xx.2025-ci il tarixdə, aliment məbləğinin azaldılması ilə bağlı mediasiya arayışının isə xx.xx.2025-ci il tarixdə ona təqdim edildiyini, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmçinin, Şəxs alimentin indeksasiya edilməsi ilə bağlı qərarla may ayında tanış olduğunu, indeksasiya edildikdən sonra məbləğin kifayət qədər çox olduğunu, şəxsin həmin məbləği ödəmək imkanının olmadığını, ona görə məbləğin azaldılması üçün mediasiya arayışı ilə məhkəməyə müraciət edəcəyini və hazırda şəxsin alimentin ödənilməsindən qərəzli olaraq boyun qaçırmadığını, fevral ayından bu yana 1200 manatdan çox ödəniş etdiyini, bundan başqa üçüncü uşağa görə də aylıq aliment ödənilməsinə dair qərarı icra etdiyini nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-9444/2018 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixli 2(060)-9444/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Zərərçəkmiş şəxs Oqtay qızı xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, o, borclu Şəxs xx.xx.2022-ci ilədək olan aliment borcunu bağışlamışdır, xx.xx.2022-ci il tarixdən 10472 (on min dörd yüz yetmiş iki) manat məbləğində borcu vardır və 2022-ci ilin iyun ayından xx.xx.2025-ci il tarixədək birgə yaşasalar da, aliment ödəməmişdir və qanuna əsasən aliment ödəməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin borclunun aliment borcunun olması barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-9444/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2025-ci il tarixədək 10236 manat aliment borcunun olması qərara alınmışdır. Qeyd edilən qərar üzrə xəbərdarlıq məktubu xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1078/2025 nömrəli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-335/2025 nömrəli qərardadına əsasən xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Zərərçəkmiş şəxs Oqtay qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. Zərərçəkmiş şəxs Oqtay qızı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə idarəyə yazdığı ərizəni keçmiş həyat yoldaşı Şəxs fiziki və psixi təsiri səbəbindən yazmışdır. Həmin ərizəni etibarsız hesab etməyi və xx.xx.2022-ci ildən bu tarixədək alimentin borclu tərəfindən tam şəkildə ödənilməsi istiqamətində məcburi tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş 6 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli 259 nömrəli arayışında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs 2-ci mikrorayon, ev 36/20, mənzil 28 ünvanında yaşayır. Sahə ustası və qonşuların aktına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istisna olmaqla, 2022-ci ildən xx.xx.2025-ci ilə kimi göstərilən ünvanda yaşayır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası və qonşular tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi 9-cu mikrorayon, ev 9v, mənzil 73 ünvanında qeydiyyatsız yaşayıb. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, aliment borclarının silinməsi tələbinə dair mübahisə predmeti üzrə ilkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə saat 11:30-da keçirilmiş, Zərərçəkmiş şəxs İMS-da iştirak etməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, aliment məbləğinin azaldılması tələbinə dair mübahisə predmeti üzrə ilkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə saat 09:30-da keçirilmiş, Zərərçəkmiş şəxs İMS-da iştirak etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-9444/2018 nömrəli icra sənədinə əsasən barəsində inzibati icraat aparılan şəxs Şəxs 11876 manat məbləğində aliment borcunun olması barədə protokol tərtib edilərək məhkəməyə müraciət edilsə də, borclu 2025-ci ilin fevral ayınadək tələbkarla birgə yaşadıqlarını, həmin müddət ərzində uşaqların bütün ehtiyaclarını qarşıladığını, aliment borcunu qəbul etmədiyini, aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması barədə İMS-nın arayışını aldığını məhkəməyə müraciət edəcəyini bildirmiş, zərərçəkmiş şəxsin nümayəndəsi isə Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayınadək Şəxsla barışıb bir yerdə yaşadığını, xx.xx.2024-cü il tarixdən uşaqları ilə birlikdə kirayədə qaldığını, xx.xx.2025-ci il tarixli ərizəsini fiziki və psixi hədə nəticəsində yazdığını, aliment məbləğini tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsində E.X7 Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokola baxılarkən izahatında onunla xx.xx.2025-ci il tarixədək birlikdə yaşadıqlarını və normal ailə münasibətlərinin olmasını, hətta 3-cü uşaqlarının dünyaya gəldiyini, həmin dövr ərzində övladlarının saxlanılmasına Emilin də kömək etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi izahatın fiziki və psixi hədə ilə yazıldığını bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında Şəxsla 2025-ci ilin fevral ayınadək birlikdə yaşadığını, normal ailə münasibətlərini olduğunu, övladlarının baxılmasında iştirak etdiyini bildirmiş, məhkəmə tərəflərin izahatlarına əsaslanaraq borclu Şəxs əməlində inzibati xəta tərkibi olmaması qənaətinə gəlmiş və həmin qərardan apellyasiya şikayəti verilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsinin həmin izahatın hədə təsiri altında verilməsinə münasibətdə qeyd edir ki, həmin müddətdə Zərərçəkmiş şəxs borcludan ayrı yaşamış və ona aliment borcunun ödənilməsi ilə bağlı İcra İdarəsinə müraciət etmişdir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxsin məhkəmədəhədə təsiri altında izahat verməsini inandırıcı hesab etmir. Bundan başqa, məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli protokolunda Şəxs 11876 manat məbləğində borcunun olması göstərilmişdir. Məhkəmə iclasında borclu borc məbləği ilə razı olmadığını, “aliment borcunun silinməsi” və “aliment məbləğinin azaldılması”na dair mübahisə predmeti üzrə X2 arayışını təqdim edərək məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda sadalanan Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs aliment borcunu qərəzli olaraq ödəməməsini sübuta yetirəcək hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən, zərərçəmiş şəxs xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarında xx.xx.2025-ci il tarixədək Şəxsla birlikdə yaşadıqlarını və normal ailə münasibətlərinin olduğunu bildirdiyindən, aliment məbləği mübahisələndirildiyindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törətməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiksə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1533/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1533/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver