Məhkəmə qərarları › İş №3(060)-1534/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1534/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1534/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, MN № ******* saylı, 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 15 oktyabr 2021-ci il tarixlidir, şikayət isə 7 aydan artıq müddət keçdikdən sonra verilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə göndərilən sənədlərlə mübahisələndirilən qərarın X2 tərəfindən hansı tarixdə alması müəyyən edilmir. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materialında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Zirvə” restoranı Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksindəki ünvandadır. İnzibati xəta hadisəsi də həmin ünvanda baş vermişdir. X3 şikayətinə onun yaşadığı yerdə baxılmasına dair ayrıca vəsatəti daxil olmamışdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar