Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1535/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev Texno Park sahəsi olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 02 iyul 2024cü il tarixli EP0157570 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 36.637,00 ABŞ dolları məbləğində vəsaiti 27 may 2022-ci il tarixdə xaricə köçürülmüş, 2 il müddət keçsə də həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Lakin, protokol tərtib edilməmişdən öncə hər hansı araşdırma aparılmamışdır. Belə ki, Şəxs MMC kabel istehsal edən bir müəssisədir. Hər hansı xarici ölkədən kabel idxalı barədə müqavilə bağlamamışdır. Şəxs MMC ilə Türkiyə Cumhuriyyətində “X2 X3 X5 Şirkəti” arasında sertifikasiya ximətləri barədə müqavilə bağlanmışdır. Bu müqavilə əsasında sertifikasiya ximətləri göstərilməsi üçün 36.637,00 ABŞ dolları məbləğində vəsait həmin şirkətin hesabına köçürülmüşdür. İlkin müqavilə tam aydın olmadığı üçün xx.xx.2022-ci ildə müqaviləyə əlavə protokolu da imzalanmışdır. Bundan əlavə bu barədə hər iki şirkət "xxxx" ASC-yə rəsmi məlumat da vermişdir. İnternet resusrlarından çıxarışlardan da görünür ki, “X2 X3 X5 Şirkəti” kabel ixrac edən bir şirkət deyil, bu şirkət yalnız sertifikasiya xidmətləri göstərir. Həmin şirkətlə Şəxs MMC araında olan müaviləyə uyğun olaraq müvafiq müvafiq sertifikatlar da Şəxs MMC-yə təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 36.637,00 ABŞ dolları məbləğində vəsaiti 27 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “X2 X3 X5 Şirkəti” və Şəxs MMC-nin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli birgə müraciətlərindən görünür ki, Şəxs MMC tərəfindən “X2 X3 X5 Şirkəti”nə köçürülmüş 36.637,00 ABŞ dolları məbləğində vəsait sertifikasiya xidmətləri ilə bağlı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ÖK24052022 tarixli xitmət müqaviləsinə əlavə razılaşma protokolundan görünür ki, “X2 X3 X5 Şirkəti” solar kabellər üçün SGS sertifikatının alınması üçün xidmətlər göstərəcək, Şəxs MMC isə göstərilmiş xidmətlərə görə 36.637,00 ABŞ dolları məbləğində vəsaiti icraçıya ödəyəcək. İş materiallarında olan “X2 X3 X5 Şirkəti” tərəfindən Şəxs MMC-yə verilmiş SGS uyğunluğun yoxlanılması haqqında sertifikatdan görünür ki, təqdim edilmiş mal nümunələri test edilərək standartlara uyğunluğu müəyyən edilmişdir. İş materiallarında olan internet resusrslarından çıxarışlardan görünür ki, “X2 X3 X5 Şirkəti” sertifikasiya xidməti göstərən şirkətdir. Beləliklə müəyyən edilmişdir ki, “X2 X3 X5 Şirkəti” sertifikasiya xidmətləri göstərən şirkətdir. Şəxs MMC ilə “X2 X3 X5 Şirkəti” arasında olan müqavilə hər hansı malın idxal edilməsi ilə bağlı olmamış, sertifikasiya xidmətlərinin göstərilməsi ilə bağlı olmuş və müqaviləyə əsasən də müvafiq sertifikasiya xidmətləri göstərilmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Bu səbəbdən də iş üzrə icraata xitam verilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18 53.1.2, və 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1535/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1535/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver