Məhkəmə qərarları › İş №3(060)-1539/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1539/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1539/2025 14.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, X1, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli TP ******* nömrəli qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti X7 X8 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli TP ******* seriyalı X12 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X2 18 iyun 2025-ci il tarixli TP ******* saylı X12 haqqında qərarına əsasən xx.xx.1982-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, SKZ Y/X 3 ünvanında qeydiyyatda olan X9 18 iyun 2025-ci il tarixdə saat 21:53-də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazində MERCEDES BENZ GL 350 BLUETEC minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi əsas gətirilərək Azərbaycan Respublikasının İXM-nin 327.1 ci maddəsinə nəzərdə tutulmuş irizjhati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, o, həyat yoldaşı və 2 uşağı ilə birlikdə 18 iyun 2025-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi MERCEDES BENZ GL 350 BLUETEC minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində hərəkətdə olarkən polis əməkdaşı avtomobili dayandırmağı tələb etmişdir. O, avtomobili dayandırmış, bu zaman yol polisi əməkdaşı ona yaxınlaşmış və özünü X6 (halbuki qərarda X8 qeyd edilmişdir) kimi təqdim edərək ona yol nişanlarının tələblərinə riayət etmədiyini, dayanmadan keçdiyini əsas gətirərək inztibati xəta törətdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinə əsasən 3 cərimə balı və 40 manat məbləğində cərimə olunur. Həmin zaman həyat yoldaşı və 2 övladı da avtomobildə idi. O, heç bir yol hərəkət qaydasını pozmamış, qanunsuz olaraq saxlanılmışdır. Belə ki, yol nişanlarının tələblərinə uyğun olaraq avtomobili dayandırmış, yolun boş olduğuna əmin olduqdan sonra hərəkətə davam etmişdir. Bu barədə bildirsə də polis əməkdaşı ona məhəl qoymamışdır. Bir daha qeyd etmək istəyir ki, o, özünü həmin inzibati xətanın törədilməsində təqsirli bilmir. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Bu səbəbdən də heç bir əsası olmadan tərtib edilmiş X12 Haqqında Qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X8 şikayətlə razılaşmayaraq bildirmişdir ki, sürücü 2.5 yol nişanın tələbini pozduğu üçün onun tərəfindən saxla əmri verilərək, barəsində protokol tərtib olunmuşdur. Nişanın tələbinə əsasən sağdan nəqliyyat vasitəsi gəlsə-gəlməsədə hər bir halda avtomobili tam dayandırıb sonra hərəkətə davam etdirilməlidir. Sürücünün yol verdiyi pozuntu barəsində video çəkiliş mövcuddur. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli X12 haqqında qərardan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, X9 xx.xx.2025-ci il tarixdə saat 21:53-də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Mercedes Benz GL 350 Bluetec minik” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X3 hazırda şikayətində barəsində tərtib edilmiş X12 haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Mercedes Benz GL 350 Bluetec minik” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X9 tərəfindən Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə iclasında təqdim olunan video görüntüdə X9 idarə etdiyi avtomobillə 2.5 yol nişanın tələbini pozduğu əks olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli X12 haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli X12 haqqında qərar qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli X12 haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar