Məhkəmə qərarları › İş №3(060)-1542/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1542/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1542/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində qərar çıxarılmış şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X7 tərəfindən X3 barəsində çıxarılmış qərarın ləğv olunmasına dair verilmiş şikayətin baxılmağa hazırlanması zamanı müəyyən etdi: X3 ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X7 tərəfindən tərtib edilmiş 13-Y saylı 07.06.2013cü tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, onun məlumatı olmadan cavabdeh təşkilat tərəfindən onun adına 01169 saylı, 31.05.2013-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokolla o, Azərbaycan Respublikası İXM-nin 92.2-ci maddəsi ilə təqsirli bilinərək 2200 manat məbləğində cərimə olunmuşdur. Həmçinin həmin protokol əsasında 07.06.2013-cü il tarixli, 13-Y № li qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, ona adiyyatı olmayan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə 14cü məhəllə ilə 29-cu məhəllə arasındakı park sahəsində fəaliyyət göstərən iaşə obyektinin ətrafında qanunsuzluğa yol vermiş, “X6” haqqında Azərbaycan Resublikası Qanununun 6cı maddəsinin 2-ci bəndinin Nazirlər Kabinetinin 19.09.2005-ci il tarixli, 173 saylı qərarının 7-ci bəndinin tələblərini pozmuş və Azərbaycan Respublikası İXM-nin 92.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Halbuki onun həmin qərarda adı çəkilən iaşə obyekti ilə heç bir əlaqəsi yoxdur. Onun fəaliyyət göstərib-gəstərməməsi və ya həmin obyektin ətrafında törədilmiş xəta ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, protokol və qərar 2013-cü il tarixdə çıxmasına baxmayaraq onun bu günə kimi həmin cərimədən heç bir məlumatı olmamışdır. Cərimə ilə bağlı məlumatı mülkiyyətimdə olan avtomobili adan-ada keçirərkən avtomobilin üzərinə həbs qoyulduğunu bildikdən sonra almışdır. O, 2005-ci il tarixdən Sumqayıt şəhərində yaşayır, bu şəhərdə də fəaliyyət gösətrir. Həmin qərarın icrası və ya cərimənin ödənilməsi ilə bağlı heç vaxt bildiriş almamışdır.Bundan aydın görünür ki, edilən cərimə əsasız və qanunsuzdur. Belə ki, həmin iaşə obyetinin onun mülkiyyətində və ya istifadəsində olması ilə bağlı, nə də ki, obyektin yerləşdiyi ərazidə onun adına hər hansı torpaq sahəsinin adına ayrılması və ya sənədləşdirlməsi ilə bağlı heç bir qanuni sənəd yoxdur. Bu reallıq Sumqayıt Bələdiyyəsinin 26.04.2021-ci il tarixli, 746 № li arayışından da öz təsdiqini tapmışdır.Qərarda da qeyd edilən hallar cavabdeh təşkilat tərəfindən sübuta yetirilməmişdir. Ona görə də, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Buna görə də, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasənbarəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmişşəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işüzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yerüzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə görə şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Ərizə və ona əlavə edilmiş sənəddən görünür ki, şikayət vermiş X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X7 tərəfindən tərtib edilmiş 13-Y saylı, 07.06.2013-cü tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmiş, lakin X3 ərizə verərək qərardan şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 132.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X7 tərəfindən X4 barəsində tərtib edilmiş 13-Y saylı, 07.06.2013-cü tarixli inzibati xəta haqqında qərarın ləğv olunmasına dair verilmiş şikayət geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar