Məhkəmə qərarları › İş №3(060)-1542/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1542/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1542/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərov Süsənbər Fariz qızının katibliyi Vəsatət vermiş şəxs X4 iştirakı ilə, X4 barəsində olan inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X8 qeyd olunan qərardan şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 xx.xx.2023-cü il tarixli, 22/03 çıx1089 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla bərabər, X8 qeyd olunan qərardan buraxılmış şikayət verilməsi müddətinin bərpası barədə vəsatət də vermişdir. Qərardan şikayət və vəsatət xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. X8 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, hüquqi savadı olmadığına görə şikayəti vaxtında verməmişdir. Qeyd olunan qərarda 1 ay müddətinə icra olunması üçün sizə göndərilir yazdığına görə elə bilmişdir ki, 1 ay keçdikdən sonra şikayət verə bilər. Həmçinin qərarda məhkəməyə hansı müddətdə şikayət etməyi göstərilmədiyi üçün o hansı müddətə şikayət verə biləcəyini bilməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan şikayət verilməsi üçün buraxılmış müddətin ötürülməsini üzrlü hesab edərək bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X8 buraxılmış şikayət vermə müddətinin bərpası barədə vəsatəti müdafiə edərək prosessual müddətin bərpa edilməsini xahiş etdi və bildirdi ki, qərarın surətini almış, qərardan məlumatı olmuş, lakin hüquqi savadı olmadığından şikayət vermə müddətinin keçdiyindən xəbəri olmamışdır. İşə yenidən baxılmasını istəyir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, qərar xx.xx.2023-cü ildə qəbul olunmuşdur, həmin gün də qərarın surəti ona təqdim olunmuşdur. Həmin vaxtdan xeyli müddət, yəni bir aydan çox müddət keçdikdən sonra məhkəməyə şikayət verilmişdir. Şikayət xx.xx.2023-cü ildə poçta verilmiş, xx.xx.2023-cü ildə daxil olmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə prosessual müdət buraxıldığından, müddətin bərpası barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. X4 hazırda baxılan vəsatəti isə şikayətlə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, X1 müəyyən edilmiş müddətdə şikayət verməmiş, şikayət verilməsi ilə bağlı prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Vəsatətdə göstərilənlər prosessual müddətin buraxılmasını üzrlü hesab etmək üçün əsas deyildir. Məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün heç bir qanuni əsas görmür və vəsatətin rədd olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış şikayət vermə müddətinin bərpası barədə vəsatəti rədd edilsin, buraxılmış prosessual müddət bərpa edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar