Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1543/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs oğlunun, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4 iştirakları ilə xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 27.04.2021-ci il tarixli, MN seriyalı 0921116-712 saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs vət. X1 həyat yoldaşı X5 qarşı nalayiq ifadələr işlədərək, onu təhqir, ona əxlaqsız təkliflər etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X11 bildirdi ki, X6 tərəfindən 3-cü polis bölməsinə ərizə ilə müraciət edilərək həyat yoldaşı X5 Şəxs tərəfindən telefonla zəng edəilərək və mesajlar vasitəsi ilə nalayiq ifadələr işlədilməsi, ona əxlaqsız təklif edilməsini bildirmişdir. Şəxs barəsində inzibati xətaya dair protokol tərtib olunduğunu bildirərək sonuncunun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Şəxs oğlu izahatında bildirdi ki, mart ayında ona məxsus olan ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** nömrəli mobil telefondan zəng gəlmiş və heç bir əsas olmadan dəlil olmadan onun gələcək həyat yoldaşı olacaq şəxs X8 barəsində xoşa gəlməz fikirlər söyləmişdir. Bu səbəbdən telefonda X9 ilə arasında anlaşılmazlıq olmuş və o öz fikirlərini cilovlaya bilmədiyindən ola bilər ki hanısa fikirlərini kobud şəkildə ifadə etmişdir. Məhkəmə iclasında çıxış edən şahid X6 izahatında bildirdi ki, həyat yoldaşına məxsus ********** saylı mobil telefon nömrəsinə vət. Şəxs tərəfindən onun istifadəsində olan ***-***-**-** nömrədən əxlaqsız təkliflər gəlmiş, Fuad onun həyat yoldaşını və onu nalayiq söyşlərlə təhqir etmiş və onun həyat yoldaşına dəfələrlə zəng vuraraq onu narahat etmişdir. Onun Fuada “sən kimsən, sən nə haqla mənə bu təklifləri edirsən dedikdə” onu bir daha təhqir edərək nəlayiq ifadələr işlətmiş və onun dediklərinə razı olmasa sənin ailəni dağıdacam demişdir. X3 votsappına yazdığı mesajlar hal-hazırda qalmaqdadır. O. 3-cü Polis bölməsinə müraciət edərək Hüseyno Fuad barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şahid qismində dindirilmiş X9 bildirdi ki, onun istifadəsində olan 055 479 52 04 saylı nömrəyə Şəxs tərəfindən ********** saylı nömrədən ona dəfələrlə zənglər edilərək votsap vasitəsi ilə əxlaqsız mesajlar yazılmış. Onun şərəf və ləyaqəti təhqir olunmuşdur. O, Fuada “sən kimsən, sən nə haqla mənə bu təklifləri edirsən dedikdə” onu bir daha təhqir edərək nəlayiq ifadələr işlətmiş və onun dediklərinə razı olmasa onun ailəsini dağıdacağını bildirmişdir. Ona vahsapp vasitəsi ilə Şəxs tərəfindən mesajlar hal-hazırda qalmaqdadır. Fuad onun nömrəsini tanışı Aynurədən almış və daha sonra onva zəng edərək və mesaj vasitəsi ilə ona əxlaqsız təkliflər etmiş və dəfələrlə onu narahat etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ğlunun müdafiəçisi Vəkil bildirdi ki, hüquqalarını müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunumuş 077 ******* saylı nömrədən daxil olmuş mesajlardan görünür ki, həmin nömrədən Babazadə Ayşənə məxsus mobil telefon nömrəsinə nalayiq ifadələr olan mesajlar göndərilmişdir. Beləliklə, məhkəmə işin hallarını, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis kapitanı X4, şahidlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinlərək və iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol düzgün tərtib edilmişdir. Şəxs tərəfindən ictimai qayda pozulmuşdur, onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş whatsapp yazışmalarından görünür ki, Şəxs X7 şantaj edərək ona əxlaqsız təkliflər etmiş, onu söymüş və onu hədələmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin Həbsdə saxlama müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1543/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1543/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver