Məhkəmə qərarları › İş №3(060)-1543/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1543/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1543/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis mayoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan SSR, Masis rayonu, Masis qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 09 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 1 də qohumu X3 xəsarət yetirib onu döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün 09 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarını müdafiəsi üçün dövlət hesabına vəkil təyin olunması ilə əlaqədar işin baxılması 10 iyun 2022-ci il tarixə təxirə salınmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis mayoru X7 tətib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, xx.xx.2022-ci ildə axşam saatlarında qardaşı Mehmanın keçmiş həyat yoldaşı Şəxs onların yaşadığı ünvana gələrək az yaşlı övladlarını özü ilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə aparmağ istəmişdir, o bu barədə qardaşı Mehmana xəbər versə də Mehman Bakı şəhərində oldunu bildirmiş və uşaqları Asudəyə verməməyini bildirmişdir. O Asudəyə mane olmağa calışsa da Asudə onun sacınnan tutaraq sifətinə zərbə endirmişdir. Daha sonra o, dərhal bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidəmətinə zəng edərək məlumat vermişdir. Hazırda o, şikayətçidir, Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 2003-cü ildə X6 ilə ailə həyatı qurub. Birgə nigahdan 4 övladları vardır. 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarlı ilə boşanmışdılar. O H.Z.Tağıyev qəsəbəsində özünə məxsus evində 2 az yaşlı qızları ilə (Zeynəb və Rüqəyyə) ilə yaşayır. Aişə və Əli atası ilə Sumqayıt şəhəri 9-cu mkr., ev 9E mənzil də yaşayırlar. xx.xx.2022-ci ildə axşam saatlarında Sumqayıt şəhəri 9-cu mkr., ev 9E, mənzil 21 yə qızlarını Aişə və Rüqəyyəni götürməyə getmişdir. Qapını döysədə keçmiş qohumu olan Əlirzyeva Validə qapını acmamışdır. Sonra balaca qızı dərsdən gəldiyini pəncərədən görən qaynı qapını acmağını Validəyə bildirmişdir. Az yaşlı övladı olan Aişə qapını döyəndə baldızı qapını açıb bu vaxt oda içəri daxil olmuş, keçmiş qohumu olan Validə onun sacına əl atıb və onu söyərək təhqir eləmişdir. o, da onun saçından tutmuşdur. Daha sonra o, övladını götürərək yaşadığı ünvana getmişdir. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X8 NK-1/683 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, ekspert rəyi, zərərçəkənin izahatı ilə öz təsdiqini tapır. Buna görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar