Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1544/2022 09.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Tələbkar Yusifova (Ələkbərova) Ruhiyyə Humay qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7, Müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin boyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu tərəfindən X1 Alişan Firad oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* №-li xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu X2 rayon Məhkəməsinin 2(028)- 117/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzürsüz səbəbdən, qərəzli olaraq icra etməmiş və nəticədə 24486 manat aliment borcu yaranmışdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 məhkəmə iclasında bildirmişdir ki, özünü təqsirli bilmir. Qubadlı rayon Məhkəməsinin 2(028)- 117/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 154 manat olmaqla, üç uşağa görə 462 manat sabit pul miqdarında aliment tutularaq Yusifova (Ələkbərova) Ruhiyyə Humay qızına verilməsi qət edilmişdir. Bir yerdə yaşamışlar və hər ay 450 manat pul ödəmişdir, lakin ödəniş etməsi barədə heç bir qəbz almamışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Yusifova (Ələkbərova) Ruhiyyə Humay qızı məhkəmə iclasında bildirmişdir ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-117/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X6 xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 154 manat olmaqla, üç uşağa görə 462 manat sabit pul miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Əvvəllər bir yerdə yaşamışlar və hər şey alıb gətirmişdir. Sonra isə aliment ödəməmiş və onu uşaqlarla birlikdə evdən qovmuşdur. İndiyədək 24000 manat məbləğində aliment borcu yaranmışdır. Həmin məbləğdən 10000 manatını onun elədiklərinə çıxaraq 14000 manat alimentin ödənilməsini tələb edir və ödəniş etməyəcəyi təqdirdə barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə məhkəmə tərəflərin izahatını və vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tələbkar ilə borclunun ifadələri və tərtib olunmuş protokolda borcun məbləği barədə ziddiyyətlər olduğundan və icra məmuru tərəfindən borclu X11 tərəfindən tələbkar Yusifova (Ələkbərova) Ruhiyyə Humay qızına ödənilməli olan aliment borcunun məbləği dəqiqləşdirilmədiyindən Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən X9 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1544/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1544/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver