Məhkəmə qərarları › İş №3(060)-1550/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1550/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1550/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin polis kapitanı X1, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-i tərəfindən İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:20 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi “BYD QİN PLUS DM-İ” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olarkən telefona başı qarışdığından düzgün ara məsafəsi seçə bilməmiş, nəticədə qarşıda dayanmış “FORD” markalı avtomobilə çırpılmış, həmin avtomobil qarşıda dayanmış “Mercedes” markalı avtomobilə, sonuncu isə “X4 Rover” markalı avtomobillə toqquşmuşdur. Daxil olmuş tibbi ekspertiza rəylərindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərərəcəli bədən xəsarətləri almışlar. DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin polis kapitanı Niyaməddin Həsənov izahatında bildirdi ki, 18 may 2025ci il tarixində Sumqayıt şəhəri, Sülh küçəsində “BYD QİN PLUS DM-İ” minik markalı, **- SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü Şəxs ani diqqətsizlik nəticəsində avtomobilin idarəetməsini itirmiş, nəticədə həmin avtomobil qarşıda olan “Ford” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncu isə öz qarşısında olan digər avtomobilə dəymiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt “Ford” markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 və sərnişin Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətləri dəymişdir. Qeyd edir ki, hadisə nəticəsində sonunculara dəymiş zərər ödənilmişdir. Qəzanın yaranmasında təqsirli olan sürücü Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib etdityi protokolu müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını və şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü inzibati xətanı törətməkdə təqsirli bilir. Hadisə vaxtı o, Bakı şəhərindən gəlirmiş, idarə etdiyi “BYD QİN PLUS DM-İ” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sülh küçəsində olarkən ani olaraq avtomobilin idarəetməsini itirmiş, əyləcdən istifadə etməyə fürsəti olmamış, nəticədə qarşıda olan “Ford” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Dərhal dəymiş ziyanın müəyyən edilməsi üçün sığorta xidmətinə və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İdarə etdiyi avtomobilə dəymiş ziyan avtomobilin mülkiyyətçisi tərəfindən ödəniləcəkdir. Bildirir ki, taksi fəaliyyəti ilə məşğuldur. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, 18 may 2025-ci il tarixində Sülh küçəsində baş vermiş qəza nəticəsində arxadan gələn “BYD QİN PLUS DM-İ” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi “Ford” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə ona və avtomildə olan qardaşı Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri dəymişdir. Qeyd edir ki, avtomobilə təxminən 2750 manat məbləğində ziyan dəymişdir, lakin həmin ziyan sığorta şirkəti tərəfindən hələ də qarşılanmamışdır. Ekspert rəyi ilə tanış olmuşdur. Özünün və qəza nəticəsində xəsarət almış qardaşı Zərərçəkmiş şəxs2 Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 31 may 2025-ci il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İlkin araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, etibarnamə əsasında idarə etdiyi “BYD QİN PLUS DM-İ” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 14:20 radələrində avtomobili ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olduğu zaman telefona başı qarışdığı üçün düzgün ara məsafəsi seçə bilməmiş və qarşıda dayanmış “FORD” markalı avtomobilə çırpılmış, həmin avtomobil də qarşıda dayanmış “Mercedes” markalı avtomobilə, o da “X4 Rover” markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “FORD” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avotmobildə sərnəşin olan Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Hadisdən əvvəl spirtli içki içməmişdir. Avtomobili idarə etmək hüququ və qüvvədə olan sürücülük vəsiqəsi vardır. “MTE və PA Birliyi” X3 xx.xx.2025-ci il tarixli, 680 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. “MTE və PA Birliyi” X3 xx.xx.2025-ci il tarixli, 679 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs1 bədəni üzərində bel nahiyyəsinin sağ hissəsinin geniş ölçülü qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün və zərəçəkmiş şəxsin izahatı, iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır, ona görə də, o, İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını və Şəxs əməlindən səmimi peşman olmasını onun əməlini yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar