Məhkəmə qərarları › İş №3(060)-1551/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1551/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1551/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonu, Dağcəyi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xızı rayonu, Yeni Yaşma ərazi Dairəsi, Yeni Yaşma kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:08 radələrində “Vaz 21074 minik” markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Qayalı” marketin yaxınlığında hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, evə qayıtmaq üçün səbirsiz davranmış, hadisə baş vermişdir. Təqsirini etiraf edir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Yaşma yolunda hərəkətdə olan zaman hadisə baş vermiş, hadisə nəticəsində özündən getmiş və ayılanda nə baş verdiyini görmüşdür. Hadisə nəticəsində o, qızı və qaynanası xəsarət almışdır. Hazırda heç bir şikayətləri yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 Əli qızının yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, «VAZ 21074» markalı **- EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə, QAZ 31029 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücü olmuş X3 Azərbaycan Respublikası İXM-nin 332.2ci maddəsi ilə nzibati məsuliyyətə cəlb olunmaları məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:10 radələrində Şəxs idarə etdiyi VAZ 21074 markalı 50- EJ-684 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində üzü Bulaq restoranı istiqamətində düzünə hərəkətdə olduğu zaman, qarşısında eyni istiqamətdə düzünə hərəkət edən sürücü X4 idarə etdiyi QAZ 31029 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili soldan ötmə manevri edib qarşı əks hərəkət yolu ilə düzünə hərəkətini davam etdirdiyi zaman, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol hərəkəti iştirakçılarının hərəkətinə təhlükə yaradaraq daim dəyişən yol şəraitinə və avtomobilin səlis idarə olunmasına diqqət yetirmədən, hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən hərəkətinə davam etdirdiyi an, qarşı əks hərəkət yolu ilə düzünə hərəkət edən sürücü X1 idarə etdiyi BMV-523 markah **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmaqla, daha sonra QAZ 31029 markah avtomobilin qabaq hissəsi ilə VAZ 21074 markalı avtomobilin arxa hissəsindən ehtiyatsızlıqla toqquşmaqla VAZ 21074 markalı avtomobildə hadisə vaxtı sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 Əli qızının sağ bazu sümyünün cərahi boynunun yerdəyişən sınığı, döş qəfəsinin küt travması ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yan səthinin, sağ bazunun orta və yuxan 1/3-nin bayır səthinin geniş ölçülü qançırları, sağ saidin 1/3- nin bayır-arxa səthinin yarası ilə müşayət olunan və Zərərçəkmiş şəxs1 sol diz oynağının əzilmiş-cınlmış yarası ilə müşayət olunan, hər birinin dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsi, maddi ziyanlarla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizanın 604 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində “sol diz oynağının əzilmiş-cırılmış yarası” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 04.05.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarından görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizanın 603 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində “döş qəfəsinin küt travması, döş qəfəsinin sag yan səthinin , sag bazunun ona və yuxarı 1 \3nin bayır səthinin geniş ölçülü qançırları, sağ saidin aşağı l\3-nin bayır- arxa səthinin yarası” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər kül əşya (əşyalar) təsirindən törənmişdir, törəmııə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 04.05.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar