Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1553/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən “X6” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 05 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş Şahid şikayətlə X5 Xidmətinə müraciət edərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilmməsinə cəlb edildiyini bildirmişdir. Şikayətlə əlaqədar Şahid dəvət edilərək izahatı alınmışdır. Şahid izahatında bildirmişdir ki, o, “X6” MMC-də əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmişdir. “X6” MMC özü də müfəttişliyə sənədlər göndərmişdir. Həmin sənədərə baxdıqda da görünür ki, Şahid 08 yanvar 2024-cü il tarixdən işə cəlb edilsə də, onun əmək müqaviləsi bildirişi sistemə 17 yanvar 2024-cü il tarixdə daxil edilmişdir. Yəni, şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də “X6” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq “X6” MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən “X6” MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, Şahid “X6” MMC-də işə qəbul olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü iltarixdə “X6” MMC ilə Şahid arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid şikayəti ilə bağlı müfəttişlikdə araşdırma aparılarkən müvafiq sənədləri təqdim etmişlər. O, “X6” MMC-də yeni işə başladığı üçün əvvəlki məsələlər barədə tam məlumatlı deyil. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinditilmiş Şahid izahatında bildirmişdir ki, onu “X6” MMC-də həmin MMC-nin direktoru Əziz adlı şəxs işə götürmüşdür. O, xx.xx.2023-cü ildə işə başlamışdır. İşə başlayan zaman ona ilkin olaraq 1000 manat əmək haqqı verəcəklərini, daha sonra isə əmək haqqını 1500 manat edəcəklərinə söz vermişlər. 2024cü ilin yanvar ayında isə onunla əmək müqaviləsi bağlamışlar. O, razılaşdıqları kimi öz əmək funksiyalarını yerinə yetirsə də, onu işə götürən şəxs vədinə əməl etməmişdir. Belə ki, onun kartına 500 manat əmək haqqı yüklənmiş və bundan narazılıq etmişdir. Bundan sonra onun kartına 200 manat da pul yükləmişlər. O, şirkətin rəhbəri Əziz Rüstəmovun yanına gedərək narazılığını bildirmişdir. Təkrar narazılıq zamanı isə Əziz Rüstəmov ondan işdən çıxma ərizəsini yazmağı tələb etmişdir. O, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizə yazmışdır. İşdən çıxarılsa da bu günə kimi əmək haqqını tam ala bilməmişdir. Həmçinin bildirmişdir ki, müfəttişikdə yazdığı izahatında “X6” MMC-də xx.xx.2023-cü ildə işə başladığını yanılıb elə qeyd etmişdir, əslində orada işə xx.xx.2023-cü ildə başlamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X6” MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - 05 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şahid xx.xx.2024-cü il tarixdən xx.xx.20024-cü il tarixədək “X6” MMC-də əmmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Nəticədə “X6” MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Şahidnnun izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “X6” MMC-də işləmişdir. Əziz Rüstəmov xx.xx.2024-cü il tarixdə ondan işdənçıxma barədə ərizə yazmağı tələb etmiş, o da ərizə yazıb işdən çıxmışdır. İşlədiyi dövrdə Əziz Rüstəmov hər ay ona 1000 manat əmək haqqı verəcəyini bildirmiş, lakin əmək müqaviləsində əmək haqqı 442 manat göstərilmişdir. Ayın sonunda ona 500 manat və 200 manat mükafat verilmişdir. 1400 manat qalıq qalmış əmək haqqının “X6” MMC tərəfindən ödənilməsini tələb edir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 39973/2024 saylı bildirişindən görünür ki, “X6” MMC Şahid ərizəsi əsasında inzibati xəta hqqında protokolun tərtib olunması üçün şöbəyə dəvət edilmişdir; - “X6” MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, Şahid ilə 08 yanvar 2024-cü ildə əmək müqaviləsi bağlanmış və işçi istehsalat operatoru vəzifəsinə işə qəbul edilmişdir. - “X6” MMC-nin direktorunun xx.xx.2024-cü il tarixli, 02/24 nömrəli əmrinin surətindən görünür ki, Şahid həmin tarixdən “X6” MMC-də istehsalat operatoru vəzifəsinə təyin edilmişdir. - Əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şahid xx.xx.2024-cü il tarixdən “X6” MMC-də istehsalat operatoru vəzifəsinə təyin edilmiş və həmin tarixdən işə başlamışdır. Əmək müqaviləsi bildirişi elektron sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Beləliklə, məhkəmə müəyyən olunmuşdur ki, “X6” MMC ilə Şahid arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu həmin tarixdən işə başlamışdır. Lakin, qeyd edilən əmək müqaviləsi ilə bağlı məlumatlar elektron informasiya sistemininə bundan 09 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “X6” MMC tərəfindən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, tərəflər arasında olan əmək müqaviləsi ilə bağlı məlumatlar xx.xx.2024-cü il tarixdə elektron informasiya sisteminə daxil edildiyi vaxtdan əmək müqaviləsi hüquqi qüvvəyə minmiş, lakin işçi bundan səkkiz gün öncədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Beləliklə də, “X6” MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə X5 Xidməti Abşeron-Xızı regional şöbəsində Azərbaycan Respublikasının İXM-in tələblərinə uyğun qaydada araşdırma aparılmışdır. İş üzrə məsuliyyəti istisna edən və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə “X6” MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, “X6” MMC Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1553/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1553/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver