Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1557/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüsrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti Abşeron ərazi şöbəsinin müdri vəzifəsini icra edən X1 tərəfindən qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 verdiyi şikayətə baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti Abşeron ərazi şöbəsinin müdri vəzifəsini icra edən X1 tərəfindən qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarındakı məlumatlara əsasən mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb X3 tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətdə olan 0,03 kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi evin inşa edilərək əsaslı tikinti işləri aparılmaqla torpağın münbit qatının korlanması olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, şikayət baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən işə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyesteri xidmətinin çıxarışından görünür ki, X2 0,03 h, torpaq sahəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanındadır. İnzibati xəta hadisəsi də həmin torpaq sahəsində baş vermişdir. X2 şikayətinə onun yaşadığı yerdə baxılmasına dair ayrıca vəsatəti daxil olmamışdır. İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128, 129, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti Abşeron ərazi şöbəsinin müdri vəzifəsini icra edən X1 tərəfindən qəbul olunmuş 14 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)-1557/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1557/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1557/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver