Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1557/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Cavadzadə Cavid Mansur oğlunun iştirakı ilə, Cavadzadə Cavid Mansur oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından Cavadzadə Cavid Mansur oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Cavadzadə Cavid Mansur oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 23 may 2023-cü il tarixdə Bakı şəhəri Heydər Əliyev prospektində idarə etdiyi HYUNDAİ markalı 50DT310 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 08:47-i radələrində YPX onu saxlamış və Bakı şəhər DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X5” Azərbaycan Respublikasının Qanununu İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün “ASAN ödəniş” elektron kabinetindən protokolla bağlı xx.xx.2023-cü il tarixində şikayət bildirmişdir. Lakin şikayətə baxılmadığından və ona heç bir xəbər etmədiklərinə görə bir neçə dəfə şikayət göndərmişdir. Ona heç bir məlumat vermədən, foto video sübut olmadan, onun iştirakı olmadan protokolu qüvvədə saxlayıblar. xx.xx.2023-cü il tarixində səhər saatlarında işdən, X6 Limanından çıxıb Koroğlu metrosu istiqamətində hərəkət etdiyi zaman Bakı şəhər DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X2 onu saxlayaraq qoşa xətti yəni 1.3 xəttini kəsərək keçdiyini bildirmiş, etirazına baxmayaraq ona İXP ******* protokolunu tərtib etmişdir. Qeyd etmək istəyir ki, X5 qanunun 69-cu maddəsinin 6.3-cü bəndinə əsasən qoşa xətt yəni 1.3 xətti 4 və daha çox zolağı olan əks istiqamətli yollarda çəkilir. Burdan aydın olur ki, Aeraport yolu kimi tanıdığımız Heydər Əliyev prospektində çəkilən qoşa xəttin, yəni 1.3 xəttinin heç bir hüquqi qüvvəsi yoxdur. Protokoldan şikayət etmişdir, lakin onun iştirakı olmadan qərarə qəbul edilib. Polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərarda qanunsuz qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhər DYPİ tərəfindən qeyd edilən İXP ******* inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən İXP ******* saylı protokola DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X2 tərəfindən çıxarılmış, 10 iyun 2023-cü il tarixli TP ******* qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Cavadzadə Cavid Mansur oğlu izahatında bildirdi ki, “X5” Qanunun 69-cu maddəsinin 6.3-cü bəndinə əsasən həmin yolda çəkilən 1.3 xətt nişanının hüquqi qüvvəsi yoxdur. Məhkəmədən şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Cavadzadə Cavid Mansur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Şifahi sorğu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, ağ rəngli “Hyundai” markalı avtomobil manevr qaydasını pozaraq xarici işiq siqnalından iştifadə etmədən ötmə əməliyyatı həyata keçirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X5” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” “X5” Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi Cavadzadə Cavid Mansur oğlu yalnış olaraq barəsində tətbiq edilmiş inzibati tənbehin yol nişanları qaydalarının pozulmasına görə tərtib edilməsini iddia edir. Halbuki, sürücü xarici işıq siqnallarından istifadə etmədən ötmə əməliyyatı edərək manevr qaydalarını pozduğuna görə inzibati qaydada cərimə edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Cavadzadə Cavid Mansur oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Cavadzadə Cavid Mansur oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Cavadzadə Cavid Mansur oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X8 İdarəsi tərəfindən Cavadzadə Cavid Mansur oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1557/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1557/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver