Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1562/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi Əkbərli Nicat Mais oğlunun katibliyi Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit ŞPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, hazırkı iş üzrə protokol Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş raportdan, iş materiallarına əlavə edilmiş video-diskdən və protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, hadisənin baş vermə yeri Şabran rayonu, Gəndob qəsəbəsinin ərazisdir. AR İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından görünür ki, Şəxs Tərtər rayonu, Azad Qaraqoyunlu ərazi dairəsi, İlxıçılar kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin belə inzibati xəta haqqında materiala onun yaşadığı yer üzrə məhkəmə tərəfindən baxılması barədə də hər hansısa vəsatəti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi yer Sumqayıt şəhərinin inzibati ərazisinə aid olmadığını nəzərə alaraq inzibati xəta haqqında materiala bu məhkəmədə baxılması üçün heç bir səbəb olmadığına görə toplanmış material geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Lakin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan nöqsanlar olduğundan hesab edirəm ki, protokol və ona əlavə edilmiş digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1562/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1562/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver