Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1563/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində ictimai yer olan küçədə ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixli raport əsasında vətəndaş Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Şəxs P.Həşimov küçəsində “Şam” restoranının qarşısında ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmə iclasında izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki onu inzibati xəta haqqında protokolda qeyd olunan vaxtda, yəni xx.xx.2022-ci il tarixdə əmisinə məxsus olan, Sumqayıt şəhəri, P.Həşimov küçəsində yerləşən “Şam” restoranında olmuşdur. Həmin zaman onun masada əyləşdiyi iki şəxs arasında mübahisə düşmüş və onlar restorandan çıxmışlar. O, baş verən mübahisəni aradan qaldırmaq üçün çölə çıxmış, lakin mübahisə zamanı bilmədiyi şəxs tərəfindən başından zərbə almış, həmin zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Huşunu itirdiyindən həmin zaman baş verənləri xatırlaya bilmir. Polis əməkdaşları tərəfindən onun Polis Bölməsinə necə və nə zaman aparılmasını xatırlamır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən inzibati xəta törədilməsini və həmçinin Şəxs polis bölməsinə aparılması üçün maşına əyləşdirilməsini görməmiş və iştirak etməmişdir. Qeyd etmişdir ki, Şəxs digər polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilib, polis bölməsinə aparılmış ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki inzibati iş üzrə şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid izahatından görünür ki, vətəndaş Şəxs nalayiq ifədələr işlətməsi polis qanuni tələbinə tabe olmaması öz əksini tapmır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1563/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1563/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver