Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1565/2023 21.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Tərtər rayonu, İlxıçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, İlxıçılar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, çöl yolda üzü Bakı şəhəri istiqamətində idarə etdiyi yük maşını ilə sənədlərini təqdim etməyərək polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, çöl yolda üzü Bakı şəhəri istiqamətində idarə etdiyi yük maşını ilə sənədlərini təqdim etməyərək polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. O, polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, çöl yolda üzü Bakı şəhəri istiqamətində idarə etdiyi yük maşını ilə hərəkətdə olan zaman YPX əməkdaşlarının saxla əmrinə tabe olmayaraq maşını saxlamayaq sürmüşdür. Sonra maşını saxlamış, YPX əməkdaşı ona yaxınlaşaraq telefonunu istəmiş və bu zaman onların arasında mübahisə olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyü, bölük komandirinin müavini, polis mayoru, X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, çöl yolda üzü Bakı şəhəri istiqamətində idarə etdiyi yük maşını ilə hərəkətdə olan zaman YPX əməkdaşlarının saxla əmrinə tabe olmayaraq maşını saxlamamışdır. Efir vasitəsilə həmin maşının saxlanılması göstərişi verilmiş və onlar da həmin maşına saxla işarəsi vermişlər. O, maşını saxlamış, sənədləri təqdim etməmiş və onlara məsələni yerində həll etməyi və ya müdiri ilə danışmaqlarını bildirmişdir. Lakin onlar maşının sənədlərinin təqdim edilməsini və maşında olan yükün çəkisini müəyyən etmək üçün maşının tərəzi ilə çəkilməsini tələb etmişlər. Sürücü sənədləri təqdim etmədiyinə görə maşının duracağa təmin edilməsini bildirsələr də, o tabesizlik göstərərək maşının duracağa yerləşdirilməsinə etiraz etmişdir. Bu zaman komək məqsədi ilə avtopatrul çağırılmış və maşın duracağa təmin olunmuşdur. Həmçinin "xxxx" ASC-yə müraciət etmişlər, səyyar tərəzi gətirilmiş, maşında olan yük çəkilmiş və yükün çəkisi 47 ton olduğu müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZA 736 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş video görüntüyə baxış keçirilmiş və Şəxs YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokolu tərtib edən polis əməkdaşının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidin izahatlarını, vəkilin çıxışını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinməli və ona həmin maddənin sansiyasında olan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 20 iyun 2023-cü il tarixdən, saat 18:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1565/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1565/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver