Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1568/2025 14.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Cəfərov Mütalib Abduləli oğlunun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28100237 saylı qərardan X3 Abduləli oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Abduləli oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək “MAN YÜK” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İXMin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın (EQ********) ləğv edilməsi və bu əməlin törədilməsinə görə barəsində İXM-in 352.0.12-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cəfərov Mütalib Abduləli oğlu ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Məlumat üçün bildirir ki, “SMSRadar” mobil tətbiqindəki hesabına şirkətin mülkiyyətində və onun istifadəsində olan “MAN YÜK” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş (bildiriş və fotoşəkil əlavə edilir) gəlmişdir. Həmin bildirişdən aydın olur ki, xx.xx.2025-ci il tarixdə, saat 15:59 radələrində “MAN YÜK” markalı **-XP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə barəsində EQ28100237 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “SMSRadar” mobil tətbiqindən daxil olan fotoşəkildən görünür ki, həmin nəqliyyat vasitəsinin yüklə birlikdə maksimum kütləsi 44 (qırx) ton olmalı olduğu halda, 68390 (altmış səkkiz min üç yüz doxsan) kq olmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28100237 nömrəli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Nəzərə çatdırır ki, sözügedən nəqliyyat vasitəsi zavod istehsalı olaraq, hər hansı əlavə quraşdırma və yarımqoşqu əlavə olunmadan belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nə uyğun olmayan nəqliyyat vasitəsidir. Belə ki, təcrübədə bu nəqliyyat vasitəsi “Dayman” adlandırılır, qabarit və çəki parametrlərinə görə bu nəqliyyat vasitəsi həddindən artıq böyükdür. Bu tip nəqliyyat vasitəsinin təyinatı olduqca uzun, enli və xüsusi ağır çəkili yüklərin daşınması üçündür. Odur ki, bu nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”na uyğun olaraq xüsusi icazə alınmalı idi. Qeyd olunanları nəzərə alaraq məsələ ilə bağlı Azərbaycan X2nə müraciət edilmişdir. AYNA həmin nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün xüsusi icazə alınmalı olduğunu bildirmişdir. Sözügedən nəqliyyat vasitəsinə xüsusi icazə alınması üçün tərəflərindən AYNA-ya müvafiq müraciət ünvanlanmış və xüsusi icazələr alınmışdır. Yuxarıda göstərilənlər təsdiq edir ki, adıçəkilən pozuntu ilə bağlı barəsində İXM-in 353.2-ci maddəsi ilə deyil, 352.0.12-ci maddəsinə əsasən qərar qəbul edilməli idi. İXM-in 352.0.12-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə şəxslər inzibati qaydada məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq “MAN YÜK” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İXM-in 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı (EQ********) ləğv edilməsini, bu əməlin törədilməsinə görə barəsində İXM-in 352.0.12-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar xüsusi icazənin bitdiyi günün səhərisi gün qəbul edilmişdir. Xüsusi icazə bir ay müddətinə alınır və müddət bitdikdə yenidən alınır. Birinci xüsusi icazə 18 mart 2025-ci il tarixdə alınmış, bir ay müddətində qüvvədə olmuş, sonra növbəti icazə alınmışdır. Əgər nəqliyyat vasitəsi ümumiyyətlə xüsusi icazə almayıbsa və xüsusi icazə almadığı dövrdə çəki ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdursa bu şəxsə münasibətdə İXM-nin 353.2-ci maddəsi yox, İXM-nin 352-ci maddəsi tətbiq edilməlidir. İXM-nin 352.1.12-ci maddəsinin tələblərinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan hərəkət etməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir. Bu şəxsə 44 ton çəkini keçməsinə görə cərimə tətbiq olunmalı deyildir, çünki bu nəqliyyat vasitəsi xüsusi icazəyə düşən nəqliyyat vasitəsidir. Burada məsələ ondan ibarətdir ki, bu nəqliyyat vasitəsi üçün xüsusi icazə alınmış, həmişə də xüsusi icazə qüvvədə olan zaman idarə edilmişdir. Xüsusi icazədə müddət icazənin alındığı vaxtdan 30 gün müddət yazılmış, onlar hesablayarkən 22 mayı da icazənin qüvvədə olduğu gün kimi hesablamışlar. Lakin 22 may xüsusi icazənin qüvvədə olduğu vaxtda düşmür. Lakin AYNA-nın sistemində qüvvədə olmuş kimi görünür deyə onlar da müraciət etmişlər və bu texniki problem olmuşdur. Onlara 21 mayda xüsusi icazənin qüvvədən düşdüyünü bildirmişlər. Lakin icazə qüvvədən düşmüşsə belə şəxsə İXM-nin 353.2-ci maddəsi tətbiq edilməli deyildi. İXM-nin bununla bağlı spesifik maddəsi vardır- İXM-nin 352.1.12-ci maddəsi. Hesab edirlər ki, inzibati xəta bu maddənin təsiri altına düşür. Bu nəqliyyat vasitələri sistem üzərindən görünür. AYNA-nın Daxili İşlər Nazirliyi ilə inteqrasiyası vardır. Xüsusi icazənin qüvvədə olub-olmadığını görə bilirlər, əgər xüsusi icazənin olmadığını görərlərsə İXM-nin 352.1.12-ci maddəsi tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28100237 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şəxs barəsində İXM-nin 352.1.12-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28100237 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 28100237 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cəfərov Mütalib Abduləli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən kamera vasitəsilə qeydə alınmış fotoşəkildən müəyyən olunur ki, MAN Yük markalı, 99XP261 qeydiyyat nişanlı avtomobil maksimum kütlənin 44000 kq olmasına baxmayaraq, qeyd olunan normanı keçmiş, 68390 kq çəki ilə ümumi istifadədə olan avtomobil yolunda avtomobili idarə etmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan X2 tərəfindən MAN yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18 mart 2025-ci il tarixli 2001 nömrəli və 22 aprel 2025-ci il tarixli 2709 nömrəli “İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair” 30 gün müddətinə xüsusi icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MAN yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nə uyğun olmayan nəqliyyat vasitəsidir və həmin nəqliyyat vasitəsinə 18 mart 2025-ci il və 22 aprel 2025-ci il tarixlərdə “İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan X2 tərəfindən xüsusi icazə alınmışdır. Xüsusi icazənin tarixi xx.xx.2025-ci il tarixdə bitmiş və inzibati xəta da xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Belə olduğu halda şəxsin əməlində olan inzibati xətanın tövsifi ilə bağlı ziddiyyət yaranmışdır. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş zəruri sübutların təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbdən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: - 3.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazəni almaq üçün həmin nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sənədlər təqdim olunmaqla icazə alınmalıdır. - 4.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. - 4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. - 4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən pozuntuya yol vermiş hüquqi və ya fiziki şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməklə, tədbirlər görülür. - 4.7. Xüsusi icazə olmadan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə görə və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. - 127-1.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.” - 353.5-ci maddəsinə əsasən “Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir.” - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Cəfərov Mütalib Abduləli oğlu iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, lazımı qaydada araşdırılma aparılmamış, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin müdafiəçisi tərəfindən avtonəqliyyat vasitəsinin xüsusi icazəsi olmamasına görə cərimə edilməsi barədə qeyd edilən arqumentinin və digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Cəfərov Mütalib Abduləli oğlunun İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə tənbeh olunmasına dair EQ 28100237 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməlidir. X6 Abduləli oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün deyil. Bu səbəbdən şikayət qismən təmin edilməli, iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cəfərov Mütalib Abduləli oğlunun şikayəti qismən təmin edilsin. Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28100237 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1568/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1568/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver