Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1571/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi: X3, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru: X1, İcra sənədi üzrə tələbkar (Zərərçəkmiş şəxs): Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs( icra sənədi üzrə borclu): Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-152/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 3000 manat ödənilməyən aliment borcu vardır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-152/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixində icra idarəsinə dəvət olunmuş, tələbin könüllü icrası haqqında bildirişlə tanış olmuş və izahatı alınmışdır. Həmin vaxt ödəniş etməsə də, bu gün borcundan bir qism ödəmiş, hazırda 3000 manat aliment borcu vardır.Eyni zamanda hissə hissə müəyyən ödəniş etməyə hazır olduğunu bildirsə də, tələbkar şəxs borcun tam ödənilməsini tələb edir. İcra məmuruna verilmiş suala cavab olaraq bildirdi ki, barəsində protokol tərtib etmiş şəxs hazırda 1000 manat borcundan ödəniş edə bilər. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o borcun ödənilməsindən yayınmır. Onun aliment borcunun olmasından xx.xx.2025-ci il tarixdə xəbəri olmuşdur. Hazırda da 1000 manat borcundan ödəniş edə bilər. Qalan məbləği də hissə-hissə ödəməyə söz verir.Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar (eyni zamanda zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs bildirdi ki, borcun tam şəkildə ödənilməsini tələb edir. 1000 manat ödənişə razı deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-29060)-152/2025 saylı icra sənədindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. - İcraata başlamaq haqqında 08 may 2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; -Tələbin könüllü icrası haqqında 08 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-29060)-152/2025 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; -110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; -114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. - 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2025-ci il tarixində almış, həmin tarixə qədər aliment borcunun yaranmasından xəbəri olmamışdır. O, 1000 manat birdəfəlik ödəniş etməyə hazır olduğunu, eyni zamanda bu gündən etibarən aliment borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir, icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində hazırda tərtib edilmiş inzibati xəta haqqında protokol onun Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-29060)-152/2025 saylı icra sənədinin icrasından yayınması ilə bağlı tərtib edilmişdir. Lakin tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, tələbin könüllü icrası haqqında bildirişi gec əldə etmişdir. Belə olan halda hər hansı tələbin üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1571/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1571/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver