Məhkəmə qərarları › İş №3(060)-1572/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1572/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1572/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Ağstafa rayonu, Kolxəlfəli kəndi olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinə əsasən 24 aprel 2021-ci il tarixli 00700-0094/21 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) 31.10.2019-cu il tarixdə bağlanmış 06 nömrəli müqaviləyə əsasən, dəyəri 9900 ABS dolları olan yükü Sumqayıt Bas Gömrük İdarəsində 15.08.2020-ci il tarixli **********1814 və **********1816 sorğu nömrəli gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 9900ABS dolları məbləğində xarici valyutanı geri qavtarmaması barədə Sumqayıt Bas Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/000929 saylı, 31.03.2021-ci il tarixli raport daxil olmuşdur. Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 9900ABS dolları məbləğində xarici valyutanın geri qaytarılmamasımn səbəbinin aydınlaşdırılması məqsədilə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 və Təhqiqat Şöbəsi, Təhqiqat bölməsinə dəvət olunaraq sorğu-sual olunmuşdur. X4 qeyd etmişdir ki, İranda yerləşən “X6” şirkəti ilə 31.10.2019-cu il tarixdə bağlanmış 06 nömrəli müqavilə əsasında 15.08.2020-ci il tarixdə Sumqayıt Bas Gömrük İdarəsində bəyan etməklə **********1814 saylı bəyannamə ilə 4860 ABS dolları məbləğində və eyni müqavilə əsasında **********1816 saylı bəyannamə ilə 5040ABS dolları məbləğində “Sink Konsentratları” yükünü İran İslam Respublikasına göndərilmişdir. X4 ixrac olunmuş yükün müqabilində xarici valyuta vəsaitləri bank vasitəsi ilə xaricdən geri qaytarılmadığını etiraf etmişdir. MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, ixrac olunan yükün qarşılığında xarici valyuta vəsaitləri kassa mədaxil orderi vasitəsi ilə nağd səkildə şirkətin balansına mədaxil edilmişdir. Nəticədə Şəxs MMC (VÖEN: **********) tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 24 aprel 2021-ci il tarixli 00700-0094/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 29.04.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 19 may 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 24.04.2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, “X6” şirkəti ilə 31.10.2019-cu il tarixdə bağlanmış 06 nömrəli müqavilə əsasında 15.08.2020-ci il tarixdə Sumqayıt Bas Gömrük İdarəsində bəyan etməklə **********1814 saylı bəyannamə ilə 4860,00 ABS dolları məbləğində və eyni müqavilə əsasında **********1816 saylı bəyannamə ilə 5040,00 ABS dolları məbləğində “Sink Konsentratları” yükünü İran İslam Respublikasına göndərilmişdir. İxrac olunmuş yükün müqabilində xarici valyuta vəsaitləri bank vasitəsi ilə xaricdən geri qaytarılmamışdır. İxrac olunan yükün qarşılığında xarici valyuta vəsaitləri kassa mədaxil orderi vasitəsi ilə nağd səkildə şirkətin balansına mədaxil edilmişdir. İş materiallarında olan raportdan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 2 ədəd gömrük bəyannaməsi ilə ümumi dəyəri 9.900,00 ABŞ dolları olan yük ixrac edilmişdir. Lakin ixrac olunan malın qarşılığında xaricdən qaytarılmalı olan 9.900,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülməmişdir. İş materiallarında olan Konsiqnasiya əməliyyatlar üzrə hesabat çıxarışından görünür ki, **********1814 saylı bəyannamə üzrə şirkətin müvəkkil bankdak “xxxx” Ağstafa filialı Açıq Səhmdar Cəmiyyəti hesabına məcburi qaydada köçürülməli olan 4860,00 ABŞ dolları və **********1816 saylı bəyannamə üzrə şirkətin müvəkkil bankdak “xxxx” Ağstafa filialı Açıq Səhmdar Cəmiyyəti hesabına məcburi qaydada köçürülməli olan 5040,00 ABŞ dolları məbləğində xarici valyuta geri qaytarılmamışdır. Beləliklə də, Ağstafa rayonu, Kolxəlfəli kəndində qeydiyyatda olan Şəxs MMC qeyd edilmiş gömrük bəyannamələri üzrə ixrac edilmiş malların müqabilində idxalçı tərəfindən ödənilməli olan vəsait 9.900,00 (doqquz min doqquz yüz) ABŞ dolları yəni, 16.830,00 (on altı min səkkiz yüz otuz) manat təşkil etmiş və nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Ağstafa rayonu, Kolxəlfəli kəndi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 2.970,00 (iki min doqquz yüz yetmiş) ABŞ dolları (9900,00 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar