Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1572/2025 14.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Umudov Elşən Abduləli oğlunun iştirakı ilə Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan X4 Abduləli oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Abduləli oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Umudov Elşən Abduləli oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində Azərbaycan Respublikası X6 İdarəsinin inspektoru tərəfindən idarə etdiyi özünə məxsus Ford Tranzit markalı AZ **-DZ- *** d.q.n-lı avtomaşınım saxlanılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsini əsas gətirib, təqsirli bilib İXP 71 16907 saylı protokol tərtib edib 50 manat inzibati qaydada cərimə olunmuşdur. Bununla bağlı yazılmış qərarın ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciət xx.xx.2025-ci il tarixdə DO/3-13-16/1-U-976xx/xx/2005 nömrə ilə qeydiyyata alınmışdır, bundan əlavə Baş X6 İdarəsinə eləcə də AsanPay vasitəsilə elektron qaydada yazıb şikayət bildirsə də heç bir nəticə olmadığı üçün qeyd etdiyi səbəbdən məhkəməyə gec müraciət etməli olmuşdur, bu səbəbdən də şikayət etmə müddətini ötürmüşdür. TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Umudov Elşən Abduləli oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, avtomobil ona məxsusdur, yüksüz avtomobili idarə etdiyi halda onu saxlamış və cərimə yazmışlar. Ondan buraxılış vərəqəsi tələb etmişlər, o da şəxsi avtomobili olduğunu və yükdaşıma ilə məşğul olmadığını bildirmişdir. Lakin ona nə vaxtsa yükdaşıma ilə məşğul olacağını bildirib cərimə yazmışlar. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Umudov Elşən Abduləli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 324.4-cü maddəsinə əsasən “Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə edilir.” Məhkəmə araşdırması zamanı qərardan şikayət vermiş şəxs Ford Transit Xüsusi Təyinat markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona məxsus olduğunu və şəxsi avtomobil kimi idarə etdiyini bildirmişdir. Bununla da inzibati xətanın qeydə alındığı zaman Ford Transit Xüsusi Təyinat markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük və qeyri-müntəzəm sərnişin daşıması ilə məşğul olubolmaması faktının nə ilə sübuta yetirilməsini və qeyd olunan nəqliyyat vasitəsi tərəfindən həqiqətən də yol hərəkət qaydasının pozulub-pozulmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və sübutlar təqdim edilməsi üçün Baş X6 İdarəsinə sorğu göndərsə də Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Umudov Elşən Abduləli oğlu buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, lazımı qaydada araşdırılma aparılmamış, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin nəqliyyat vasitəsini şəxsi istifadəsi üçün istifadə etdiyini, yük daşımaması barədə qeyd edilən arqumentinin və digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Umudov Elşən Abduləli oğlunun İXm-nin 324.4cümaddəsi ilə tənbe olunmasına dair İXP7116907 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməlidir. X5 Abduləli oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Umudov Elşən Abduləli oğlunun şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1572/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1572/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver