Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1573/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 15.04.2021-ci il tarixli EQ ******* №li inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində cərimə tətbiq olunmasına əsas olmuş qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, ona yazılmış inzibati protokoldan tam narazıdır. Çünki onun həmin vaxt o qədər yüksək sürəti olmayıb, sadəcə o, 50-60 km saat sürətlə hərəkətdə olarkən onu soldan ötüb keçmək istəyən digər avtomobilin sürəti yüksək olduğu üçün həmin ərazidə xidmət aparan YPX-nin avtomaşınının üzərinə qurulmuş kameraya düşmüşdür. Bu barədə DİN-nin BDYPİ-nə müraciət etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 29.04.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 18 may 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs və Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X2 barəsində 15.04.2021-ci il tarixdə saat EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək o, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin 28.04.2021-ci il tarixli web portalından görünür ki, “Opel Zafira minik” markalı avtomobil **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, 8-ci mikrorayon, 13/27 ərazisində 60 km/saat qeyd olunan sürət həddini aşaraq İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ bəndinin 1-ci hissəsinə görə yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 “Opel Zafira minik” markalı avtomobil **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon, 13/27 ərazisində sürət həddi 60 km/saat qeyd olunan yolda müəyyən edilmiş hərəkət sürətini 38 km/saat həddində aşmışdır. X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ( Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) şikayət vermiş şəxs tərəfindən iş materialına əlavə olunmuş fotogörüntülərlə öz təsdiqini tapmışdır. Belə ki, X2 yaşayış məntəqələri daxilində saatda 60 km.dən çox olmayan sürətlə hərəkət etməli olduğu halda sürət həddini aşaraq İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələbini pozduğundan X1 şikayəti təmin oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair 15.04.2021-ci il tarixli, EQ ******* saylı qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1573/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1573/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver