Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1573/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, xx.xx.1959-cu ildə Dağıstan MR., Dərbənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xətalar haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 31 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, ünvan 2 ünvanında "xxxx" MMC firması tərəfindən inşa edilmiş ticarət obyekti və avtodayanacağın istismarına icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyesterinə daxil edilməsi üçün 5 (beş) iş günü müddətində komitəyə təqdim edilməmişdir. Eyni zamanda, Sumqayıt şəhəri, Bakı-Quba yolunda X1 anbar və 2 mərtəbəli ofis binasının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Tikintilərin Dövlət Reyesterinə daxil edilməsi üçün 3 (üç) iş günü müddətində komitəyə təqdim edilməmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsinə əsasən tərtib edilmiş 31 may 2022-ci il tarixli MN № ******* saylı və 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hər iki işə baxılması 29 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 may 2022-ci il tarixli MN № ******* saylı və 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(060)-1573/2022 və 3(060)-1577/2022 №li işlər bir icraatda 3(060)-1573/2022 nömrə ilə birləşdirilmiş və inzibati xəta haqqında işə baxılması 29 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edimiş qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolları tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 394-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. İnzibati xəta haqqında protokollara əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 03 №li 28 yanvar 2021-ci il tarixli və 06 № 15 may 2020-ci il tarixli obyektin tikintisinə icazə arayışlarından göstərilmişdir ki, tikinti obyektlərinin istismarına icazə verilmişdir. İş materiallarına əlavə olunmuş 31 may 2022-ci il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində tikinisinə və istismarına icazə verilən, lakin sənəd və məlumatların Tikintilərin Dövlət reyesterinə təəqdim edilməyən tikinti obyektləri barədə aktdan görünür ki, Sumqayıt ŞİH-nin xx.xx.20222-ci il tarixli 736 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi xx.xx.2019-cu il tarixindən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Baba Niyazoviç (Niyaz oğlu) Əsgərova həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, o, inzibati orqana verdiyi izahatında Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinə əsasən Tikintilərin Dövlət Reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin həqiqətən də ona həvalə olunduğunu, lakin iş qrafiki gərgin olduğu üçün həmin məlumatları vaxtında təqdim edə bilmədiyini göstərmişdir. Beləliklə iş materiallarından da göründüyü Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Şəxs tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozularaq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının sərəncamları ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə verilmiş icazə barədə müvafiq sənədlər qanunla müəyyən edilmiş müddətdə Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmiş və bununla da İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin qeyd hissəsində göstərilmişdirki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngünləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi - Şəxs (Niyaz oğlu) barəsində tərtib edilmiş 31 may 2022-ci il tarixli, MN № ******* saylı və 31 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollarda qeyd edilən inzibati xətaları törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinsin və hər bir protokolda nəzərdə tutulan inzibati xətaya görə 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi - Şəxs (Niyaz oğluna) təyin olunmuş inzibati cərimələr qismən toplanmaqla, üzərində qəti olaraq 700,00 (yeddi yüz) manat məbləğində cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1573/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1573/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver