Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1574/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin baş məsləhətçisi X4 tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi (bundan sonra mətndə İXM-nin) ilə təqsirləndirilməsinə dair 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir. Ona görə ki, ünvan 1 ünvanında X2 yaşayış binaalarının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 03 (üç) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Bundan başqa, Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 03 (üç) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Bundan başqa, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının istismarına icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 05 (beş) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir və xx.xx.2022-ci il tarixdə Məhkəməy daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilətəqsirləndirilməsinə dair 3(060)-1574/2022, 3(060)-1578/2022 və 3(060)-1579/2022 saylı işlər bir icraatda 3(060)- 1574/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqında icraat aparılan Şəxs məhkəmə iclasında iştrak etməmişdir, Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir. Ona görə ki, ünvan 1 ünvanında X2 yaşayış binalarının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 03 (üç) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Bundan başqa, Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 03 (üç) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Bundan başqa, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının istismarına icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 05 (beş) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Tərtib edimiş protokolları müdafiə edərək, Məhkəmədən qanunauyğun Qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə -vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 13 №-li “obyekt tikintisinə icazə”-dən görünür ki, ünvan 1 ünvanında X2 yaşayış binalarının tikintisinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 6 №-li “obyekt tikintisinə icazə”-dən görünür ki, Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 26 №-li “obyekt tikintisinə icazə”-dən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının istismarına icazə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 736 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri üzrə sənədlərin Tikintilərin Dövlət Reyestrinə daxil edilməsindən ötrü məsul şəxs Şəxs Niyaz oğlu olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmasını, Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamasını nəzərdə tutur. Beləliklə də aparılmış araşdırma zamanı Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 25.4-cü maddəsinə əsasən “Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.” Məhkəmə Şəxs barəsində tətbiq ediləcək cərimə növündə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 25.4-cü maddəsininin sanksiyası çərçivəsində olduğunu nəzərə alaraq, hesab edir ki, vəzifəli şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şəxs Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş hər üç inzibati xətaların törətdilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən hər bir xətaya görə 500 manat, ümumilikdə 1500,00 (bir min beş yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, Q ə r a r a a l dı : Vəzifəli şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş hər üç inzibati xətanın törətdilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən hər bir xətaya görə 500 manat, ümumilikdə 1500,00 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1574/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1574/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver