Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1576/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1959-cu ildə Dağıstan MR., Dərbənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xətalar haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 394-1.1-ci maddəsi ilə 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhəri Yəhya Məmmədov (Metallurq) küçəsində “Samuray” firması tərəfindən inşa edilmiş istehsalat sahəsi və ofis binasının istismarına icazə verilməmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyesterinə daxil edilməsi üçün 5 (beş) iş günü müddətində komitəyə təqdim edilməmişdir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi - Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində "xxxx" MTK-ya yaşayış binasının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Tikintilərin Dövlət Reyesterinə daxil edilməsi üçün 3 (üç) iş günü müddətində komitəyə təqdim edilməmişdir. İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsinə əsasən tərtib edilmiş 31 may 2022-ci il tarixli MN № ******* saylı və 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hər iki işə baxılması 29 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 may 2022-ci il tarixli MN № ******* saylı və 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(060)-1575/2022 və 3(060)-1576/2022 №li işlər bir icraatda 3(060)-1575/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri-Baş memar Şəxs (Niyazi oğlunun) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 may 2022-ci il tarixli MN № ******* saylı və 31 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1575/2022 və 3(060)-1576/2022 №li işlər bir icraatda 3(060)-1575/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1576/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1576/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver