Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1577/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi Protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 231-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən, Şəxs xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanının hasar və darvazasını sökərək Zərərçəkmiş şəxs 801 manat 38 qəpik ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Mircəlal Abbasov izahatında bildirmişdir ki, 12 iyun 2024-cü ildə Şəxs Zərərçəkmiş şəxs məxsus, ünvan 3 ünvanında yerləşən fərdi evin hasar və darvazalarını sökərək sonuncuya 801 manat 38 qəpik məbləğində ziyan vurmuşdur. Nəticədə Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Məhkəməyə gətirilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun evinin daş hasar və dəmir darvazalarını sökərək ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Ondan şikayətçidir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Rayonlararası Təmir-Tikinti Birliyindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə göndərilmiş məktubdan məlum olur ki, xx.xx.2025-ci il tarixli 581/1-6176 nömrəli məktuba cavab olaraq tərtib edilmiş smetaya əsasən Zərərçəkmiş şəxs bağ sahəsində əmlakının yerindən sökülüb çıxarılması nəticəsindən 801,38 (səkkiz yüz bir) manat 38 qəpik məbləğində maddi ziyan dəymişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərara əsasən, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati təsir tədbirlərinin görülməsi üçün tədbirlər həyata keçirilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında” MN ******* saylı, 25 aprel 2025-ci il tarixli protokola əsasən, Şəxs Müslim qızı xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər, Saray bağları ərazisində Zərərçəkmiş şəxs məxsus hasar və darvazanı sökərək ziyan vurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1040/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi olmadığınan sonuncu barəsində “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 01 avqust 2024-cü il tarixində qərar qəbul edilmişdir. Lakin sonuncunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Qanunun müvafiq tələbini nəzərə alaraq şəxs barəsində inzibat tənbeh qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan ən geci 3 ay müddətində verilməli olduğu halda iş baxılması üçün Məhkəməyə 24 iyun 2025-ci il tarixində göndərildiyindən, prosessual müddət ötürülərək qanun pozuntusuna yol verilmişdir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar). İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin İXM-nin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 38.3 -cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1577/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1577/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver