Məhkəmə qərarları › İş №3(060)-1578/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1578/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1578/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1970-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:00 radələrində Sumqayıt şəhəri, “Praqa” otelinin qarşısında və 1-ci Polis Böləsinin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətləri etmiş, bu səbəbdən barəsində İXM-nin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Sənan İbrahimov məhkəmə iclasında izahatında bildirmişdir ki, 25 iyun 2025-ci il tarixində, gecə radələrində Sumqayıt şəhəri, “Praqa” otelin qarşısında vətəndaş Şəxs Nizami Hüseynli adlı tanışı ilə mübahisə etmiş, uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, nəticədə o, xırda xuliqanlıq əməli törətmişdir. X3 Əkbərovun etdiyi hərəkətlərinin videosunu çəkmişdir. Həmin videogörüntülərə baxdıqda sonuncunun nalayiq ifadələr işlətməsi öz təsdiqini tapmışdır. Şəxs PB-də bunu içkili vəziyyətdə olduğuna və qarşı tərəfi qıcıqlandırmaq istədiyi üçün etdiyini bildirmişdir. Sonuncu eyniməzmunlu hərəkələrinə 1-ci PB-nin inzibati binasının qarşısında da davam etdirdiyinə görə polis bölməsində sonuncu barəsində protokol tərtib edilmişdir. Törətdiyi inzibati xətaya görə Şəxs brəsində İXM-nin 510-cu maddəsi ilə prokotol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Protokolu müdafiə edir və barəsidə inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, Sumqayıt şəhərində internetdən tanış olduğu Nizami Hüseynli ilə bir yerdə araq içdikdən sonra mübahisələri yaranmışdır. Sonuncu onun mobil telefonunda qumar oyununda pulunu ələ keçirmişdir. Bundan sonra Nizami Hüseynlinin dələduzluq əməlini şikayət etmək üçün 102-yə zəng etmiş, həmin vaxt Nizami ilə aralarında mübahisə yaranmış, qarşı tərəf öz hərəkətləri və sözləri onu təxribata sövq etmişdir. Belə ki, onun sərxoş olmasından istifadə edərək videosunu çəkmişdir. Polis əməkdaşları tərəfindən bölməyə aparıldıqdan sonra yenə aralarında mübahisə yaranmışdır. Törətdiyi əməldən peşmandır. Barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Nizami Hüseynli izahatında bildirmişdir ki, Şəxs Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Praqa” oteldən qayıtdıqdan sonra sonuncu ilə mübahisələri yaranmışdır. Şəxs içkili vəziyyətdə olmuş, sonuncu “casino” oyununda pul itirməsində onu günahlandırmışdır. Şəxs Azərbaycan Respublikasının Prezidentinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və Sumqayıt Bulvarının köhnə rəhbəri Yavər Vəliyevin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman telefon vasitəsilə onun videosunu çəkmiş, söylədiyi nalayiq ifadələr video-lentdə öz təstiqini tapır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil sonuncunun əməlindən peşman olmasını əsas gətirərək şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 25 iyun 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 01 radələrində bölmənin inzibati binasına yaxınlaşan Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristan YM, ev 3, mənzil 26-da yaşayan 1996-cı il təvəllüdlü X2 və ünvan 1-da yaşayan 1970-ci il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə bölmənin dəhlizində birbirlərinin ünvanına nəlayiq ifadələr və söyüşlər işlədərək iş rejimini pozmuşdurlar. Məhkəmə iclasında 01 ədəd DVD diskə baxış keçirilərkən Şəxs həqiqətən də, gecə saatlarında insanların sıx olduğu küçədə uca səslə tanışı ilə mübahisə etməsi, eləcə də Azərbaycan Respublikasının Prezidentinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və Sumqayıt Bulvarının keçmiş rəhbəri Yavər Vəliyevin ünvanına nalayiq ifadələr işlətməsi və söyüş söyməsi öz təsdiqini tapmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 25 iyun 2025-ci il tarixli, A/1352 saylı prookola əsasən, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” 25 iyun 2025-ci il tarixli protokola əsasən, Şəxs həmin tarixdə, saat 02:00 radələrində inzibati qaydada tutulmuş, 25 iyun 2025-ci il, saat 14 00-da azadlığa buraxılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi, şahidi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxsnin İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesdab edilir. Həmin məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs tanışı Nizamı Hüseynli ilə gecə saatlarında yolda yüksək səslə mübahisə edərək hamı tərəfindən qəbul edilmiş, insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuş, Azərbaycan Respublikası Prezidentinin, Sumqayıt şəhər İcra Başcısının və Sumqayıt Bulvarının keçmiş rəhbəri ünvanına nalayiq ifadələr işlətməklə öz qanunazid hərəkətlərini davam etdirmişdir. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxsnin əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Şəxsnun inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati qaydada həbsetmənin əvvəli 25 iyun 2025-ci il tarixdən, saat 02:00-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 iyun 2025-ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar