Məhkəmə qərarları › İş №3(060)-1579/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1579/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1579/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, Məhkəmə, müəyyən etdi: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin baş məsləhətçisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1ci maddəsi (bundan sonra mətndə İXM-nin) ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şəxs barəsində 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir. Ona görə ki, ünvan 1 ünvanında X2 yaşayış binalarının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 03 (üç) gün müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Bundan başqa, Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 03 (üç) iş günü müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Bundan başqa, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının istismarına icazə verilmiş, lakin sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 05 (beş) iş günü müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil edilməmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 may 2022ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1574/2022, 3(060)-1578/2022 və 3(060)- 1579/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1574/2022 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 1574/2022, 3(060)-1578/2022 və 3(060)-1579/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)- 1574/2022 nömrəsi ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar