Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1580/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 339.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Zaur Əhmədov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, “Qartal Tikinti Firması”-da sürücü vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində saat 14:00-15:00 radələrində Firmaya məxsus ** AD *** dövlət nömrə nişanlı Kamaz-54115-010-13-yük markalı traylerə qoşulmuş NEFAZ-9334-10-01 markalı, ** ZA *** dövlət nömrə nişanı yarım qoşqunu yüksüz boş vəziyyətdə idarə edərək tikinti obyektindən “Qartal Tikinti Firması”-nın Çerkassi küçəsi 220 ünvanındakı qarajına qayıdarkən Bakı Mühəndislik Universitetinin yanındakı dairədən dönərək Saray istiqamətində hərəkət edən yolda ** YP *** dövlət nömrə nişanlı xidməti maşını ilə X10 əməkdaşı baş leytenant İmanov Elnurun dayanma göstərişi əsasında nəqliyyat vasitəsini saxlamışdır. Saxlama səbəbini soruşduqda ona “nəqliyyat vasitəsinin qoşqusunun bir tərəfdən 10 ədəd bortdan 4-ədəd yan bortlarının çıxarılması səbəbindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edildiyi’' bildirilmişdir. O da yol polisinə nəqliyyat vasitəsində heç bir konstruksiya dəyişkliyi olmadığını və 10 ədəd bortdan 6 ədədi yəni 60%-nin nəqliyyat vasitəsində qurulmuş vəziyyətdə yerində olduğunu, 4 ədəd bortun isə çatlamış yerlərini qaynaq etmək üçün Firmanın tikinti obyektində qoyduğunu və hazır olduqdan sonra bortları yerinə bağlayacağını bildirmişdir. Elnur İmanov onun etirazına məhəl qoymadan ondan nəqliyyat vasitəsini cərimə meydançasına sürməsini tələb etmiş, o, öz rəhbərliyinə məlumat vermək üçün vaxt istəmiş və rəhbərliklə əlaqə saxlamışdır. Elnur İmanova 5 dəqiqə ərzində məsələyə aydınlıq gətirmək üçün nəqliyyat vasitəsinin sahibi olan şirkətin nümayəndəsinin əraziyə gələcəyini bildirmiş, ancaq İmanov ondan icazəsiz, həmin Firma ona maşını idarə etmə səlahiyyəti verməməsinə baxmayaraq o, maşına daxil olaraq yük maşınını idarə edərək Bakı Mühəndislik Universitetinin yaxınlığındakı ərazidə olan dayanacağa onun iştirakı olmadan yerləşdirmişdir. Belə ki, o, maşından açarı götürmək üçün kabinaya qalxmaq istədikdə polis əməkdaşı sərt şəkildə qapını örtmüş, həmin vaxt qolu qapının arasında qalaraq əzilmişdir. O, Firmanın direktorunun göstərişi ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etmiş, X9un ona xəsarət yetirməsi barədə izahat yazmışdır. X8 tərəfindən əzilmiş yer müayinə edilmişdir. O, hadisə zamanı Elnur İmanovdan maşının təhvil alınması ilə bağlı akt və inzibati xəta protokol tərtib etməsini tələb etmiş, sonuncu nə akt, nə də inzibati xəta haqqında protokol tərtib etməmiş, əlavə olaraq da maşının və qoşqunun qeydiyyat vəsiqələrini, yol vərəqəsini onun əlindən almışdır. İndi də bu sənədlərin harada olduğunu bilmir. Daha sonra hadisə yerinə “Qartal Tikinti Firması”- nın direktor müavini Tural Məmmədov və hüquqşünas Murad Muradov gəlmişlər. X5 nəqliyyat vasitəsində heç bir konstruksiya dəyişikliyi edilmədiyini və məsələni hüquqi müstəvidə həll edəcəklərini, qanunsuz heç bir sövdələşməyə getməyəcəklərini bildirdilər. Elnur İmanovdan inzibati xəta haqqında protokol tərtib etməsini tələb etsələrd ə o, yerində heç bir protokol tərtib etmədən, kobud sözlər işlədərək hadisə yerindən uzaqlaşmışdır. Elnur İmanovun hərəkətinin qanunsuz və sonradan tərtib etdiyi, onun ASAN elektron kabinetinə gələn İnzibati protokol əsassız olmasının sübutları bunlardır. İlk öncə Xüsusi Tağım Baş yol patrul xidmət inspektoru polis baş leytenantı X2 barəmdə xx.xx.2024-cü il tarixli İXP6357443 nömrəli inzibati xəta haqqında protokol və eyni gün xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında 657474 nömrəli qərar tərib edərək İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçı olaraq onun hüquqlarını pozmuşdur. Belə ki, İXM 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən, bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir. Belə ki, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanun normasının tələbinə uyğun olaraq barəsində tərtib etdiyi protokolu baxılması üçün yuxarı səlahiyyətli şəxsə göndərməli, inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və özünün İXM-nin 61.1-ci maddəsində göstərilən hüquqları təmin edilməli idi. Eyni zamanda İXM-nin 61.3-cü maddəsinə əsasən, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yəni onun iştirakı ilə baxılmalı idi. Elnur İmanov qanunun tələblərini kobud şəkildə pozaraq, barəmdə əvvəl xx.xx.2024-cü il tarixli İXP6357443 nömrəli inzibati xəta haqqında protokol və eyni gün yuxan səlahiyyətli orqanın vəzifələrini mənimsəyərək, onun qanunla qorunan hüquqlarını pozaraq və iştirakı olmadan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında 657474 nömrəli qərar tərtib etmişdir. Bu sübut özü özlüyündə inzibati xəta haqqında 657474 nömrəli qərann ləğv edilməsi üçün əsasdır. İkincisi, İnzibati xəta haqqında protokolda qeyd edilən maddə - İXM 339.1-ci maddəsidir. Həmin Maddənin dispozisiyasına görə "Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində cərimə edilir. ** ZA *** dövlət nömrə nişanlı NEFAZ-9334-10-01 markalı yanm qoşqunun qeydiyyat vəsiqəsi 06 avqust 2008-ci il tarixində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır, ABN 234512 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Yol Polisi əməkdaşı İmanov Elnura yerində təqdim edilmişdir. Qoşqunun qoşulduğu ** AD *** dövlət nömrə nişanlı Kamaz-54115-010-13 markalı nəqliyyat vasitəsinin 03 noyabr 2008-ci il tarixində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. ABN 235772 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Yol Polisi əməkdaşı İmanov Elnura yerində təqdim edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən göründüyü kimi həm dartıcı kamaz həm də yanm qoşqu müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmişdir. İmanov Elnurun bu əsasla inzibati xəta haqqında protokol tərtib etməsi qanunsuz olmağı ilə birlikdə nəqliyyat vasitəsinin saxlama səbəbi ilə heç bir hüquqi əlaqəsi yoxdur. Baş X10ndə sonrakı araşdırmalarında məlum oldu ki, Elnur İmanov bu maddə ilə inzibati protokol tətrib etməsini onu izah edir ki, şəkildə görünən variantda maşının qoşqusu meydança kimi dəyərləndirilməlidir və qeydiyyat vəsiqəsi yenidən qeydə alınmalı və qeydiyyat vəsiqəsində bort tipli qoşqu deyil, meydança yazılmalıdır. Yol Polisi əməkdaşı İmanov Elnurun iddiası əsassızdır. Şəkildən göründüyü kimi qoşqunun üzərində olan 10 ədəd bortdan yalnız 4-ü təmir üçün çıxarılıb, qalan 6 ədədi yerindədir. Digər tərəfdən meydança olduqda qoşqunun yanlarına yükün düşməməsi üçün montaj edilib çıxanla bilən dayaqlar montaj olunmalıdır. Yəni qoşqunun meydançaya çevrilməsini iddia edən əsaslar yoxdur. Bu səbəbdən də tərtib edilmiş inzibati protokol ləğv olunmalıdır.X9 Elnurun tərtib etdiyi protokolda ikinci inzibati xəta olaraq İXM 342.5-ci maddəsinin dispozisiyasına görə Xarici işıq cihazlan və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlan və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Yüksüz boş vəziyyətdə idarə etdiyi ** AD *** dövlət nömrə nişanlı Kamaz trayler (yanm qoşqunun dövlət nömrə nişanı: ** ZA ***) nəqliyyat vasitəsinin xarici işıq cihazlan və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlan və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri saz vaziyyətdə olmuşdur. Yan qoşqunun 10 ədəd bortundan 6 ədəd yəni 60%-i yerində yəni yük maşının üzərində olmuş, 4 ədədi isə çatlaeın qaynaq edilib yenidən yerinə quraşdırılması üçün çıxanlmışdır. Nəqliyyat vasitəsində aradan qaldırılması mümkün olmayan nə texniki, və nə də ümumi yol hərəkət təhlükəsizliyi üçün təhlükə yarada biləcək heç bir nasazlıq olmamışdır. Bortlar qısa müddətdə qaynaq olunduqdan sonra yerinə quraşdırılacaq. Nasazlığın aradan qaldırılması çox asanlıqla mümkündür. Elnur İmanovun İXM-nin 342.5 maddəsi ilə protokolu əsasısızdır. Bu səbəbdən də tərtib edilmiş inzibati protokol ləğv olunmalıdır. Elnur İmanov yük maşınında konstruksiya dəyişikliyi olduğu üçün maşını cərimə meydançasına qoyduğunu demişdir. Nəqliyyat vasitəsindən kənarlaşdırılma yalnız İXM-nin 96-cı maddəsində göstərilən hallardan biri baş verdikdə mümkündür. Lakin həmin maddədə göstərilən əsasların heç biri bu situasiyada yoxdur. Yol polisinin maşını və qoşqunu cərimə meydançasına qoymasının heç bir əsası yoxdur. Ümumi olaraq ehtimal edir ki, X10 əməkdaşı İmanov Elnurun mənə qarşı qəddar davranması, ona fiziki xəsarət yetirməsinin səbəbi ona hər hansı qanundan kənar sövdələşmə təklif etmədiyi üçündür. Barəsində heç bir hüquqi əsası olmayan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Zaur Əhmədov şikayəti müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin, Xüsusi Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis baş leytenantı Elnur İmanov məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Zaur Əhmədovun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Qərarı qəbul etmiş şəxs bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. İXM-nin 339.1-ci maddəsinə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə- fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə görə Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. İş materiallarında olan sənədlər əsasında inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolda Zaur Əhmədov barəsində İXM-nin 339.1 və 342.5-ci maddələri ilə protokol tərtib etmək üçün əsasların nədən ibarət olduğu qeyd edilməmişdir. Həmin halların araşdırılması ilə bağlı BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bundan başqa İXM-nin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi hazırkı iş üzrə Zaur Əhmədov tərtib edilmiş protokol ilə razılaşmadığını bildirsə də, Xüsusi Tağım Baş Yol Patrul Xidmətinin inspektoru özü həmin tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd olunan tələbini pozmuşdur. Bundan başqa İXM-nin 100.1.4-cü maddəsində inzibati xəta haqqında protokolda eyni zamanda inzibati xətanın mahiyyətinin də göstərilməli olduğu məcburi göstəriş kimi təsbit edilmişdir. Lakin yol patrul xidməti inspektoru yalnız törədilməsi iddia edilən inzibati xətanı nəzərdə tutan qanunun normalarını protokolda qeyd etməklə kifayətlənmiş, lakin avtomobildə hansı ünsürlərin nasaz olması, o cümlədən BDYPİ-də mülkiyyətçi tərəfindən nələrin qeydiyyata alınmalı olması barədə hər hansı qeyd aparmamış, nəticədə haqlı narazılığa zəmin yaratmışdır. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar qismində eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, (maddə 135.1.1) o cümlədən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (maddə 135.1.6.) halları göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilərək Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəm qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1580/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1580/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver