Məhkəmə qərarları › İş №3(060)-1582/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1582/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1582/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədov icraatımda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən məhkəməyə daxil olmuş 28 aprel 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması mərhələsində baxaraq müəyyən etdim: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi Ş.Qəhrəmanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 28 aprel 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 19.03.2021-ci ildə onunla eyni binada yaşayan X1 üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə kifayət qədər uyğunsuzluqlar mövcuddur. Belə ki, materiala əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqda qərarın tarixi 16 mart 2021-ci il olsa da, həmin qərarda istinad edilən bütün izahatların tarixləri 19 mart 2021-ci il qeyd edilmiş, bundan başqa materiala əlavə edilmiş raport, ərizə və izahatların tarixləri isə 19, 21, 24, aprel 2021-ci il tarixlərdir. Göründüyü kimi təqdim edilən materiallar bir biri ilə uyğunsuzluq təşkil edir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə cavab vermədiyindən həmin protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən məhkəməyə daxil olmuş 28 aprel 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar