Məhkəmə qərarları › İş №3(060)-1584/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1584/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1584/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Nəbisoy Ceyhun Nəbi oğlunun iştirakı ilə, Nəbisoy Ceyhun Nəbi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı X2 Nəbi oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Nəbisoy Ceyhun Nəbi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Nəbisoy Ceyhun Nəbi oğlu izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus **-CY-*** dövlət qeydiyyat nişanlı “Cehvrolet Malibu” markalı avtomobili Sumqayıt şəhri, Bulvar ərazisində idarə edən zaman Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında avtomobili saxlamışdır və Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən barəsində İXP ******* saylı online protokol tərtib edilmiş və onun əsasında daha sonra “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar qəbul edilmişdir. O, polis əməkdaşından protokolun tərtib edilmə səbəbini soruşmuş və ona “Yol hərəkəti haqqında” qanunun 58.1-ci maddəsinin tələblərinin pozulduğu bildirilmişdir. O, polis işçisindən sərnişindaşımanın hansı qaydalarının pozulduğunu soruşmuş, lakin polis əməkdaşı onun sualını cavablamamış və ərazini tərk etmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması qeyd edilsə də, o heç bir qanun pozuntusuna yol verməmişdir. Hadisə baş verən zaman uşağı başını avtomobilin damında olan lyukundan yuxarı çıxsa da hesab edir ki, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin və sərnişindaşıma qaydaları pozulmamışdır. Odur ki şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Nəbisoy Ceyhun Nəbi oğluna təqdim edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Nəbisoy Ceyhun Nəbi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 37-ci maddəsinin 11-ci bəndinə əsasən “Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlilliyi olan şəxslərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal — ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur.” Şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi iahatından da görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə özünə məxsus **-CY-*** dövlət qeydiyyat nişanlı “Cehvrolet Malibu” markalı avtomobili Sumqayıt şəhəri, Bulvar ərazisində idarə edən zaman avtomobilin damında olan lyukdan uşaq başını çıxarmışdır. Bununla da Nəbisoy Ceyhun Nəbi oğlu tərəfindən yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından olan uşaqların təhlükəsizliyinin təmin edilməsi vəzifəsinin icra etməyərək, qaydaları pozulmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Nəbisoy Ceyhun Nəbi oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Nəbisoy Ceyhun Nəbi oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Nəbisoy Ceyhun Nəbi oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən Nəbisoy Ceyhun Nəbi oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar