Məhkəmə qərarları › İş №3(060)-1586/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1586/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1586/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər – Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X1 və Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Rəşad Cəfərovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər - X4 və X5 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri 76cı məhəllə fərdi ev ünvanında yaşayan Şəxs oğlunın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin icraatına vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 29.04.2021-ci il tarixli MN ******* saylı və 29.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar daxil olmuşdur. Belə ki vətəndaş Şəxs 04.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Çempion çay evində X6 döymüşdür. Bundan başqa o, 02.04.2021-ci il tarixdə tanışı X7 yaşadığı evin həyətində döymüşdür. Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X8 izahat verərək bildirdi ki, 30 mart 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aiddiyyəti üzrə polis bölməsinə göndərilmiş və buna görə də sonuncu barəsində 29.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Rəşad Cəfərov izahat verərək bildirdi ki, 22 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aiddiyyəti üzrə polis bölməsinə göndərilmiş və buna görə də sonuncu barəsində 29.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2020-ci ilin dekabr ayında Sumqayıt şəhər sakini Günel Əliyeva ilə tanış olmuş və münasibətləri normal olmuşdur. Son bir aydır ki, xasiyyətləri uyğun gəlmədiyi üçün Günellə görüşməmişlər. 2021-ci ilin fevral ayında kreditlə Günel əəliyevanın adına kreditlə televizor götürmüşdür. Lakin kreditin ödənilməsində çətinlik çəkmişdir. 04.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 45-ci məhəllə arasında yerləşən Çempion çay evinə Günelin atası Elxan tərəfindən çağırıldığı üçün getmişdir. O, Elxanla söhbət edən zaman sonuncu onun telefonunu götürərək cibinə qoyub və qapıları bağlayaraq onu pulu həmin gün verməyi tələb etmişdir. O da iradını bildirərək üzərindəki digər Nokia telefonu ilə 102 xidmətinə zəng edib şikayət etmişdir. Bu zaman Elxan onun yaxasından tutaraq üstünə qışqırıb televizorun kreditini yox, tam ödənişi verməsini xahiş etmişdir. Həmin vaxt Elxanın qızı Günel oaraya gəlib nalayiq söyüşlər söyüb onu təhqir etmişdir. Elxan isə onun yaxasından yapışıb polisə zəng edib onu buraxmayacağını demişdir. Polis əməkdaşları gəlib onları bölməyə aparmışdır. Həmçinin bildirdi ki, 02 04 2021-ci İl tarixdə texminən saat 13:00 radələrində Günel ona zəng vuraraq, Sumqayıt şəhər Kolxoz bazarının yaxınlığında olduğunu bidirmiş və orada görüşmüşlər. Ona təklif etmiş ki, ucadan danışdığı uçun bazarın yaxınlığında bir kafedə sakit bir yerdə oturub söhbət etsinlər. Günel isə yaxınlıqdakı telefon mağazasında işi olduğunu bildirərək mağazaya girmişdir. Təxminən yarım saat onu gözləsə də mağazadan çıxmadığı üçun ona zəng vurduqda, artıq yaşadıqları evin yaxınlığında olduğunu demişdir. Onu gözləməsini deyib, taksi ilə Günelin yaşadığı 49-cu məhəlləyə getmiş və orada söhbət edə-edə yaxınlıqdakı məktəb tərəfə getmişlər, təxminən saat 14:30 radələrində yenidən Günelin yaşadığı evin yaxınlığına çatan zaman aralarında mübahisə yaranmış, Günel onun anasını söymüşdür. O da əsəbləşərək bərk sillə ilə Günelin sifətindən vurmuş və Günel zərbədən yerə yıxılmışdır. Bu vaxt yoldan keçən bir “VAZ2107” markalı, son nömrəsi 720 və ya 020 olan avtomaşın dayanmış və avtomaşından düşən oğlan onları ayırmışdır. Odur ki barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, Günel onun qızıdır. Təxminən bir neçə ay bundan əvvəl Günel iş axtararkən Ramil adlı şəxslə qarşılaşmışdır. Həmin vaxtdan etibarən Ramil qızından əl çəkməmişdir. Dəfələrlə ona bu barədə xəbərdarlıq etsə də o, bunlara məhəl qoymayaraq bir neçə ay əvvəl işlədiyi Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində çayxanada onu döymüşdür. Belə ki qızı Günel Əliyevanın tanışı Şəxs Rəfail oğlu onun adına kreditə televizor götürmüş, lakin həmin vaxtdan etibarən pulu ödəməməsi barədə məlumat verməmiş, 04.03.2021-ci il tarixdə çayxanada olan zaman Ramil oraya gəlmiş, ondan nə üçün krediti ödəmədiyini buna görə qızına dükandan zəng gəlməsini bildirən zaman sonuncu üzərinə gələrək yumruq zərbəsi də onun qollarına, sinəsinə, başına və bədənini müxtəlif hissələrinə vuraraq xəsarət yetirmişdir. Bununla bağlı o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə yazmışdır. Bundan sonra qızı Güneli 03.04.2021-ci il tarixdə evlərinə gələn yolda döymüşdür. Bununla bağlı qızı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət edib. Ramilin qanunsuz hərəkətlərinə son qoymaq üçün o, qızı Günel və həyat yoldaşı Xatirə ilə birlikdə 03.04.2021-ci il tarixdə Ramilin yaşadığı ünvana gedərək atası ilə söhbət etmək istəmiş, lakin atası Rafail onlara özünün Ramil ilə söhbət edəcəyini bildirmişdir. Həmin vaxt nə o, nə qızı Günel, nə də həyat yoldaşı Xatirə Ramili təhqir etməmiş və ona qarşı hər hansı bir nalayiq ifadə işlətməmişlər. Odur ki, Şəxs oğlu barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, 2020-ci ilin dəkabr ayında Sumqayıt şəhər sakini Şəxs ilə tanış olmuş, ilk əvvəl Ramil özünü ona yaxşı insan kimı göstərsə də, sonradan onunla xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışdır. Lakin buna baxmayaraq Ramil son bir neçə aydır ki, mütəmadi olaraq onu narahat etmişdir. 2021-ci ilin fevral ayında kreditlə öz adına 1000 manat dəyərində televizor götürərək Ramilə vermiş və həmin kreditin aylıq ödənişinin vaxtı çatdığı üçün 01.04 2021-ci il tarixdə axşam saatlarında Ramil ona mesaj yazaraq krediti ödəyəcəyini bildirib, onunla görüşməyini istəmişdir. 02.04.2021-ci İl tarixdə saat 14:30 radələrində yaşadığı evin yaxınlığında Ramillə görüşən zaman Ramil onunla harasa getməyini təklif etmiş, o isə onunla getmək istəmədiyini dedikdə, nalayiq söyüşlərlə onu söymüşdür. Ona cavab qaytardıqda isə Ramil bərk sillə ilə sifətinin sağ tərəfindən vurmuş, o zərbədən yerə yıxılmış və Ramil onun əynində olan pencəyindən tutaraq onu yerdə surümüşdür. Bu vaxt yoldan keçən tanımadığı bir oğlan onlara yaxınlaşaraq, onu Ramilin əlindən almış və Ramil oradan çıxıb getmişdir. Ramil mütəmadi olaraq onunla birlikdə olmayacağı təqdirdə sözlə onu öldürəcəyi ilə hədələyir. Həmçinin bildirdi ki, 04.03.2021-ci il tarixdə atası ona zəng edərək Ramil orada olduğunu bildirmiş, o da oraya getdikdə Ramil atasını döydüyünün şahidi olmuşdur. Odur ki, Şəxs oğlu barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid X2 izahatında göstərmişdir ki, 02.04.2021-ci ll tarixdə saat 14 30 radələnndə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazısındə yaşayan dostu Ceyhunla görüşmək üçün idarə etdiyi “Vaz-2107” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, 12-ci mikrorayonla üzbəüz 49-cu məhəllə ərazisinə gedərək yolun kənarında dayanan zaman əvvəllər tanımadığı, sonradan adının Ramil olduğunu bildiyi şəxsin Günel adlı qızı yerə yıxaraq sillə və təpiklərlə döydüyünü görmüşdür. O dərhal avtomaşından düşərək, həmin oğlanı sakitləşdirərək kənara çəkmiş və ondan nə uçün qadını döydüyünü soruşduqda, həmin qadınla münasibətini olduğunu deyib onu söydüyü üçün döydüyünnü demişdir. Ramil sağ əlini belinə atdığı üçün onu nə iləsə vuracağını fikirləşib, fəndlə Ramili ayağından vuraraq yerə yıxmış və görmüş ki, belində heç nə yoxdur, O, Sumqayıt ŞPİ-nin PPX-də işləyən sinif yoldaşı Kənana zəng vurub, həmin yerə polis əməkdaşı göndərməsini istəmiş, sonuncu da bir neçə dəqiqə sonra ona zəng vuraraq, Gunel adlı qadının artıq DİN-in 102 Xidmətinə müraciət etdiyini bildirmişdir. Günel də ona polisə müraciət etdiyini demiş və Ramil ora polis əməkdaşlan gələcəyini bilərək, onu buraxmağını istəyib, etdiyi hərəkətlərə görə ondan üzr istəmişdir. O, Ramili buraxmış və o, 12-ci mikrorayon ərazısınə keçərək oradan onlan izləməyə başlamışdır. Bu vaxt polis əməkdaşlar ora gəlmiş və Ramil uzaqdan onları görərək oradan qaçıb getmişdir. İnzibati işin materiallarında olan 30.03.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə tibbi ekspertizasının 251 saylı, 08.03.2021-ci il tarixli rəyinə əsasən, X4 bədəni üzərində sol bazunun orta yuxan 1/3-nin bayır səthində 4.0-3.5 sm və 5,0-2,5 sm, sağ bazunun orta 1/3nin ön səthində 3,03 sm ölçülərdə qırmızımtıl göy rəngli qeyri-müəyyən formalı qançırlar vardır. X4 bədəni üzərində olan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti olduğu müəyyən edilmişdir. Törənmə müddəti 04:03 2021-ci 1 taixdə qərarın təsviri hissəsində göstənlən şəraitdə əmələ gələ bilər. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Həmçinin inzibati işin materiallarında olan 22.04.2021-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Sumqayıt şəhər MTE və PA şöbəsinin 06.04.2021-ci il tarixli 357 saylı ekspert rəyi alınaraq müəyyən edilmişdir ki, Şəxs bədəni üzərindəki xəsarətlər — sol baldırın yuxarı 1/3-nin iç səthinin qançırı küt əşya təsirindən törənmişdir, 02.04.2021-ci il tarixdə göstərilən şəraitdə əmələ gələ bilər, necə ki, kənar şəxs tərəfindən, eləcədə özüözünə yetirməsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Sumqayıt şəhər MTE və PA şöbəsinin 06.04.2021-ci il tarixli (bölməyə 22.04.2021-ci il tarixdə daxil olmuşdur) 358 saylı ekspert rəyi alınaraq müəyyən edilmişdir ki, X5 bədəni üzərindəki xəsarətlər — sol əlin İV barmağının proksimal falanqasının arxa səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları küt əşya təsirindən törənmişdir, 02.04.2021-ci il tarixdə göstərilən şəraitdə əmələ gələ bilər, necə ki, kənar şəxs tərəfindən, eləcədə özü-özünə yetirməsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati işin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X4 və X5 məhkəmə iclas zalında təqdim etdiyi ərizələrindən görünür ki, Şəxs oğlu ilə barışmamışlar, sonuncudan şikayətçidirlər. İnzibati işin materiallarında olan 28.04.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 28.04.2021-ci il tarixdə saat 20:05-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 28.04.2021-ci il tarixdən saat 20:05-dən hesablansın. Məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs oğluna göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar