Məhkəmə qərarları › İş №3(060)-1586/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1586/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1586/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Toğrul Baxşəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil1 və Vəkil2, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınını müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-472/2021 saylı icra sənədi ilə müəyyən edilmiş öhdəliklərlə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Toğrul Baxşəliyev izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anaları Zərərçəkmiş şəxs yanında qalmalı, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 cavabdeh Şəxs alınıb anaları Zərərçəkmiş şəxs verilməlidir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmişdir. Belə ki, bir neçə dəfə uşaqların tələbkara verilməsi ilə bağlı icra idarəsində görüş təyin edilsə də, adları çəkilən uşaqlar anaları Zərərçəkmiş şəxs ilə bir yerdə yaşamaqdan imtina etmiş, bu barədə İcra İdarəsində müvafiq akt tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Uşaqlar tələbkara yəni analarına getmək istəmədiklərini müəyyən etdikləri üçün onların iradəsi ziddinə olaraq o cülədən psixoloji travma lamamalrı üçün digər məcburi icra tədbirlərinin həyata keçirilməsinə lüzum bilməmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anaları Zərərçəkmiş şəxs yanında qalmalı, uşaqlar ondan alınaraq anaları Zərərçəkmiş şəxs verilməlidir. Bildirir ki, uşaqları analarının yanında qalmaq və onunla bir yerdə yaşamaq istəmirlər. O, dəfələrlə uşaqların anaları ilə görüşməsi üçün cəhd etsə də, övladları ilə bu barədə söhbətlər aparsa da uşaqları buna kəskin etiraz etmiş, qəti olaraq anaları ilə yaşamaq istəmədiklərini bildrmişlər. O, uşaqları buna çox məcbur edə bilmir, çünki belə olan halda uşaqlar psixoloji travma keçirdirlər. Hətta özü icra məmuruna uşaqların bir ay müddətdə analarının yanında qalmasını təklif etsə də, uşaqlar yenə də analarının yanında qalmaq istəməmişlər. O fərdi əməklə məşğul olur, aylıq gəliri 1000-2000 manatdır. Hər bir uşağın maddi cəhətdən ehtiyaclarını qarşılamaq iqtidarındadır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən övladları Nuran, Mədinə, Nihad, Nuray Balızadələr yetkinlik yaşına çatanadək onun yanında qalmalı və uşaqlar atasından alınaraq ona verilməlidir. Bildirir ki, o uşaqlarını istəyir, həmçinin uşaqlar da onsuz qala bilmirlər. Sadəcə təxminən üç ilə yaxın müddətdir ki, uşaqlarından ayrı yaşadığı üçün övladlarının mövqeyi atalarının təkidi ilə dəyişmişdir. Belə ki, Şəxs uşaqlara təsir edərək ondan uzaqlaşdırmağa çalışır. Borcludan şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını və borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınını müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X10 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında məsləhətçi-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 bildirdi ki, birlikdə yaşadıqları müddətdə anası evdən tez-tez qaçmış. O, anasını istəmir, belə ki, anası onların təhsil aldığı məktəbə gələrək onları sinif yoldaşları və digər şəxslər arasında biabır edib. Bundan başqa bir dəfə heç bir əsas olmadan onun əlini yeni hazırlanmış qaynar vəziyyətdə olan qəndə batıraraq yandırmışdır. O, atası ilə birlikdə yaşamaq istəyir, anası ilə heç bir yerə getmək istəmir. Məhkəmə iclasında məsləhətçi-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X5 bildirdi ki, birlikdə yaşadıqları müddətdə anası evdən tez-tez qaçırmış. O, həyətdə oynayarkən buna şahid olmuşdur. Anası ona qarşı pis sözlər işlətmiş, bacısı Mədinənin üzünü, böyük bacısı Nurayın əlini qaynar qəndə salaraq yandırmışdır. Ona atası tərəfindən heç bir təzyiq olmamışdır. O, atası ilə birlikdə yaşamaq istəyir, anası ilə heç bir yerə getmək istəmir. Onu anasına verəcəkləri təqdirdə özünü öldürəcəkdir. Məhkəmə iclasında məsləhətçi-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdü X6 bildirdi ki, o, hazırda atası, bibisi və nənəsi ilə birlikdə yaşayır. Anasını istəmir, onunla qısa müddətlik olsa belə görüşmək istəmir. Birlikdə yaşadıqları müddət ərzində də anası onlara baxmamış, ancaq xəstə olduğunu bildirib yatmışdır. O, atası ilə birlikdə yaşamaq istəyir, anası ilə heç bir yerə getmək fikri yoxdur. Məhkəmə iclasında məsləhətçi-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X2 bildirdi ki, anası oxuduqları məktəbə gələrək onları biabır edir, atası ilə birlikdə yaşamaq istəyir, anası ilə heç bir yerə getmək istəmir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs icra sənədi ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, icra məmuru xidməti otağında uşaqların anaları ilə ünsiyyət qurması üçün tam sərbəst şəkildə şərait yaratmış, lakin ananın (Zərərçəkmiş şəxs) uşaqlarla ünsiyyət qurmaq istəyi uşaqlar tərəfindən qəti şəkildə etirazla qarşılanmışdır. Zərərçəkmiş şəxs ünsiyyət qurması və özünü uşaqlara sevdirməsi üçün şəraitin yaradılmasına baxmayaraq, bu uşaqlar tərəfindən etirazla qarşılandğı üçün baş tutmamışdır. Eyni zamanda tələbkar uşaqları ilə vaxt keçirmək üçün park və ya digər əyləncə mərkəzinə getməyi övladlarına təklif etsə də, uşaqlar tərəfindən qətiyyətlə rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası məqsədi ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin inzibati binasında toplanılmış, icra yeri və vaxtı barədə borclu Şəxs əvvəlcədən məlumatlandırılsa da o, uşaqları gətirməmişdir. Zakir Balayevlə icra məmuru tərəfindən telefon əlaqəsi yaradılmış və uşaqların gətirilməməsi səbəbi soruşduqda Şəxs uşaqların gətirilməməsi səbəbini onunla izah etmişdir ki, onlar anaları ilə görüşmək istəmirlər, bu barədə onlara hər hansı bir söz dedikdə kəskin surətdə əsəb hissləri və stress keçirirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası məqsədi ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin inzibati binasında icra yeri və vaxtı barədə borclu Şəxs əvvəlcədən məlumatlandırılsa da o, uşaqları gətirməmişdir. Şəxslə icra məmuru tərəfindən telefon əlaqəsi yaradılmış, uşaqların gətirilməməsi barədə sual edildikdə Şəxs uşaqların anaları ilə görüşmək istəmədiklərini, bu barədə onlara hər hansı bir söz dedikdə həyəcan keçirirdiklərini bildirmişdir. Belə olan halda iş üzrə tələbkar Zərərçəkmiş şəxs uşaqların icra yerinə məcburi gətirilməsi (uşaqların axtarışı) istiqamətində tədbirlərin görülməsini icra məmurundan tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini icra edilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarından və məhkəmə istintaqı zamanı valideynlərinin məhkəmə iclas zalından çıxarılmaqla, onların iştirakı olmadan, məsləhətçi-psixoloqun iştirakı ilə dindirilmiş hər bir uşağın ifadələrindən görünür ki, onlar analarının yanına getmək istəmir, ataları ilə yaşamaq istəyirlər. Onlardan xx.xx.2012-ci il təvəllüdlü X7 öz ifadəsində onu anasına verəcəkləri təqdirdə özünü “öldürəcəyini” də bildirmişdir. Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Belə olan halda məhkəmə uşaqların fikrini və onların mənafeyini üstün tutaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-472/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini hazırkı vəziyətdə icra edilməsi qeyri-mümkündür. Qətnamənin icra edilməməsi borclunun qərəzli və ya üzrsüz hərəkətlərindən deyil, məhz uşaqların şəxsi istək və fikrinə görə mümkün olmamışdır. Borclu tərəfindən icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi ilə bağlı hər hansı üzrsüz hal nümayiş etdirilməmiş, əksinə Şəxs dəfələrlə öz övladlarına anaları ilə görüşmək üçün şərait yaratmağa çalışmış, analarına qarşı məhəbbət hissinin formalaşması üçün cəhdlər etmiş, lakin bu hərəkələrinin heç bir faydası olmamışdır. Belə ki, uşaqlar öz qərarlarında israrlı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. AR İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil1 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma Şəxs görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil1 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar