Məhkəmə qərarları › İş №3(060)-1587/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1587/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1587/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X3 İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X3 İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbbi Sərvətlər İdarəsinin müfəttişləri 31 may 2023-cü il tarixdə Tibb müəsisəsinə gələrək monitorinq aparmış, monitorq nəticəsində guya ki, nöqsanlar aşkar edilmiş və bu nöqsanlara görə də AKT tərtib etmişlər. Bu nöqsanları onunla əsasladırılmışdır ki, guya xəstəxananın həyətində olan məişət tullantılarının müvəqqəti toplanması üçün yerləşdirilmiş qutunun ətrafında və tulantıların içərisində məişət tullantıları ilə yanaşı tibbi tullantıların da atılması faktı aşkar edilmişdir. Həmçinin müşahidələr aparıldığı müddətdə A sinif tullantılar kitabında qeydiyyatın aparılmadığı, D sinif tullantıların isə qeydiyyat kitabına əsasən cari ilin müvafiq dövrü ərzində ümumiyyətlə formalaşmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nin 09 iyun 2023-cü il tarixli Qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərmə tətbiq etmişlər. Qeyd etmək istəyir ki, 4 saylı RETSİ-nin müfəttişləri tibb müəsisəsində monitorinq apararkən müəsisənin məişət tullantılarının ayrı, tibbi tullantılarının da ayrı olduğu faktını özləri də görmüşdür. Onlar xəstəxanada müalicə alan uşaqların gigiyenik qaydalarını qorumaq məqsədi ilə həmin tullantı qablarını müəsisənin kənar hissəsində yerləşdirmişlər. Müəsisənin kənarında yerləşən tullantı qablarının yaxınlığında yaşayan sakinlərin dəfələrlə etirazlarına baxmayaraq, gizli şəkildə həmin tullantı qablarına şəxsi tullantılarını atmaqda davam etməkdədirlər. Müfəttişlərin monitorinqi zamanı həmin qabdan bir ədəd Ringer boş sistem şüşəsi aşkar olunmuşdur. Həm onlar tərəfindən, həm də müfəttişlər tərəfindən həmin Ringer sistem şüşəsinin şəkili çəkilmişdir. Açiq şəkildə görsənir ki, həmin Ringer şüşənin üzərində satış qiyməti mövcuddur, bu da o deməkdir ki, bu Ringer sistem şüşəsi tibb müəsisəsinə aid deyildir və kənar şəxslər tərəfindən atılmışdır. Həmçinin Sumqayıt Tibb Mərkəzinin Aptek bölməsi tərəfindən müəsisələrinə təmin etdiyi dərman ləvazimatları sırasında bu adda dərman növü mövcud deyildir. Müfəttiş tərəfindən AKT tərtib edilərkən A və D sinif tullantıları qeydiyyat kitabçasının olmadığı qeyd edilmişdir. Lakin bildirmək istəyir ki, həmin kitabça mövcuddur, vaxtı vaxtında da qeydlər aparılmaqdadır və məhkəməyə də təqdim edilmişdir. Qərar tamamilə qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Ona görə də, məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər idarəsinin barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində ətraf mühitin mühafizəsi sahəsində mövcud olan normativ hüquqi aktların tələblərinə riayət olunması üzrə aparılan manitorinq zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzi X12 tabeliyində olan Uşaq Xəstəxanasının həyətində məişət tullantılarının müvəqqəti toplanması üçün yerləşdirilmiş qutuda tullantıların ətrafında və tullantıların üzərində məişət tullantıları ilə yanaşı tibbi tullantıların atılması faktı aşkarlanmışdır. Onunla bağlı inzibati araşdırma aparılmış və müəyyən olunmuşdur ki, böyük tibb bacısı Nəsibə İmranovaya müvəqqəti verilən əmrlə Uşaq Xəstəxanasının tibbi tullantıların idarə olunması həvalə olunmuşdur. Daha doğrusu Gülnarə Səfərovanı əvəz edən Nəsibə İmranova onun səlahiyyətlərini icra edərək tibbi tullantıların idarə olunması ona həvalə olunmuşdur. Araşdırma zamanı Uşaq Xəstəxanasının həyətində aşkar olunan tullantıların həmin tibb müəssisəsinə aid olduğu qənaətinə gəlinmişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən vəzifəli şəxs X3 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, protokol əsasında onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər idarəsinin X7 barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Uşaq Xəstəxanasında təsərüfat bacısı fəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşları Uşaq Xəstəxanasına gələrək onların iştirakı ilə xəstəxanada monitorinq keçirmişlər. Monitorinq zamanı həmin qabdan üzərində satış qiyməti olan bir ədəd Ringer boş sistem şüşəsi, dərman qutuları və işlənmiş sistem şlanqı aşkar olunmuşdur. Müəssisədə olan dərmanlarının üzərində satış qiyməti olmadığından Ringer sistem şüşəsi tibb müəsisəsinə aid deyildir və kənar şəxslər tərəfindən atılmışdır. O, xəstəxanaya aid olan tullantıların yığılması konteynerinin xəstəxananın içərisində deyil, kənarında yerləşdiyini, tibbi tullantıların atıldığı kontenerin isə xəstəxanada bağlı yerdə yerləşdirildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 79491 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində ətraf mühitin mühafizəsi sahəsində mövcud olan normativ hüquqi aktların tələblərinə riayət olunması üzrə aparılan manitorinq zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzi X12 tabeliyində olan Uşaq Xəstəxanasının həyətində məişət tullantılarının müvəqqəti toplanması üçün yerləşdirilmiş qutuda tullantıların ətrafında və tullantıların üzərində məişət tullantıları ilə yanaşı tibbi tullantıların atılması faktı aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Uşaq Xəstəxanasında tibbi tullantıların idarə edilməsinə nəzarətin düzgün təşkil olunmadığından tibbi tullantılar məişət tullantılarına qarışdırılır, bu da formalaşan tibbi tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulmasına səbəb olur. Ona görə də, X7 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar