Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1588/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Mehman Əsədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 , Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun vəkili Vəkil2 iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, Abşeron rayonu, Saray qəsəbəsi M.F.Axundov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Mehman Əsədov bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikr ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş,bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Lamiyənin dedikləri şər-böhtandır. O, xx.xx.2022-ci il tarixdə ümumiyyətlə Lamiyənin dediyi ünvanda olmamış, onunla qarşılaşmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 məhkəmə iclasında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi sübut olunmur, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, evli olduqları müddət ərzində Nəriman daimi onu döyüb incitdiyi üçün onlar boşanmış və bir-birlərindən ayrı ünvanlarda yaşayırlar. Ayrıldıqdan sonra Nəriman mütamadi olaraq hazırkı yaşadığı ünvana gəlib onu narahat edərək, onunla mübahisə və dava-dalaş etmiş, o dəfələrlə Nərimandan polisə şikayət etmiş və o məhkəmə tərəfindən cərimə edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində işdən çıxıb evə gələndə və Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən TTYS-nın binasının yanına çatmamış Nəriman arxadan ona yaxınlaşaraq "məni niyə evə buraxmırsan, mənim müdirimə niyə məndən şikayət etmisən" sözlərini deyərək arxadan onun saçlarından tutub dartmağa başlamış, başının arxasından əli ilə vurmuş, sol çiynindən tutub başını yerə vurmağa çalışmışdır. O, qaçıb kənara getsə də Nəriman bir daha ona yaxınlaşıb yenədə saçlarından tutub saçlarını yolmağa başlamış, həmin zaman yoldan kənar şəxslər onlara yaxınlaşanda Nəriman qaçaraq oradan uzaqlaşmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Nəriman dəfələrlə onu döydüyü üçün, ondan şikayətçidir və ona daha ağır tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs vəkili Vəkil2 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs daha ağır tənbeh edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən daxil olmuş 739 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: ənsə nahiyyəsinin şişkinliyi-hematoması. Qeyd olunan xəsarətlərin küt əşya təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti olması müəyyən edilmişdir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək hadisə vaxtı ümumiyyətlə orada olmadığını, zərəçəkmiş şəxsin dediklərinin şər-böhtan olduğunu bildirsə də, məhkəmə bunları özünü müdafiə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirmişdir. Məhkəmə belə nəticəyə gələrkən tərəflərin bir-birlərinə qarşı münasibətini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziddiyyətli izahatını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil1 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil1 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1588/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1588/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver