Məhkəmə qərarları › İş №3(060)-159/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-159/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-159/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 11 dekabr 2021-ci il tarixli, 00700-0268/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 2vanında olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən 11 dekabr 2021-ci il tarixli 00700-0268/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC (VÖEN **********) Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 29.11.2021-ci il tarixli 34/012/003623 nömrəli raportunda Şəxs MMC tərəfindən 27.10.2021-ci il tarixli **********1737 sorğu nömrəli GB-si ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hər hansı məkanın qızdırılması üçün qazla işləyən peçlər yükünün saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmiş və həmçinin sözügedən gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparmış və həmin mallar üzərində sərəncam vermişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 09 dekabr 2021-ci il tarixli, 1500-013/003-24/000024 saylı məktubdan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində Şəxs MMC-yə aid yüklərin müvəqqəti saxlanc gömrük proseduru altında 'rəsmiləşdirilmiş yükün saxlancda qalma müddəti başa çatmasına baxmayaraq sərbəst dövriyyə üçün buraxılış həyata keçirilməmişdir, buna görə də, qısa müddət ərzində yükə aid ödəniləcək vergi və rüsumların ödənilməsinin təmin edilməsi barədə Şəxs MMC-nin rəhbərliyinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli izahat verən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatından görünür ki, **********8494 sorğu nömrəli GB-si ilə “müvəqqəti saxlanc” gömrük proseduru altında yerləşdirilmiş mallara dair SUB- ƏDV hesabına Vergi Xidməti tərəfindən məhdudiyyət qoyulması səbəbindən ödənişləri edə bilmədiklərini və bu səbəbdəndə sözüqüdən malları bu günə qədər saxlancdan çıxarda bilmədiklərini bildirmişdir. Həmçinin X1 malları saxlanca yerləşdirdikdən bir müddət sonra həmin malları bazara çıxararaq satdıqlarını bildirmişdir. Bununla da gömrük nəzarəti altında olan mallar barəsində müəyyən edilmiş sərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılmış və həmin mallar üzərində sərəncam verilmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyat və Təhqiqat bölməsinin rəisi gömrük xidməti polkovnik-leytinantı Rəşad Cabbarov tərəfindən 11 yanvar 2022-ci il tarixdə Şəxs MMC-nin barəsində İXM-nin 491.1 və 496.1-ci maddələri ilə icraat aparılan 00700-0265/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdırılaraq iş aidiyyəti üzrə baxılması üçün 11 yanvar 2022-ci il tarixli qərardadla baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 27.10.2021-ci il tarixli **********1737 sorğu nömrəli GB-i ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “hər hansı məkanın qızdırılması üçün qazla işləyən peçlər” yükünün saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləsdirilməməklə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı və həmçinin sözügedən gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparmış və həmin mallar üzərində sərəncam verməklə Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-yə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 31008 (otuz bir min səkkiz manat) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 2vanında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (31008 manat X 30%), yəni 9302,40 (doqquz min üç yüz iki manat, qırx) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar