Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1591/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili- Vəkil, Zərərçəkmiş şəxslər X3 və X4, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X1 və Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Rəşad Cəfərovun iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri 76-cı məhəllə, fərdi ev ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən və 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-dən 29.04.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, vətəndaş Şəxs 04.04.2021-ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Çempion” çay evində X5 döymüşdür . Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-dən 29.04.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, vətəndaş Şəxs 02.04.2021-ci il tarixdə tanışı X6 yaşadığı evin həyətində döymüşdür. Sumqayıt ŞPİ-nin 3-cü PB-dən və 5-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29.04.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 157-ci maddəsi ilə 29.04.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1586/2021 və 3(060)-1591/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-1586/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29.04.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 157-ci maddəsi ilə 29.04.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1586/2021 və 3(060)-1591/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-1586/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1591/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1591/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver