Məhkəmə qərarları › İş №3(060)-1592/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1592/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1592/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, xx.xx.1997-ci ildə tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 22 iyun 2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Həmid” avtosalonunun qarşısında Zərərçəkmiş şəxs məxsus Mercedes Benz C-220 markalı avtomaşının arxa alın şüşəsini, sol yan şüşələrini, sol yan güzgünü qəsdən sındıraraq 500 AZN maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 03 iyul 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 HK-1/1390 №li xx.xx.2023-cü il tarixli material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda Azərbbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomaşının şüşələrini sındıraraq maddi ziyan vurmuş Şəxs barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə sahə rəisinə verilmişdir. Qeyd olunan material üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs məxsus Mercedes Benz C-220 markalı avtomaşının arxa alın şüşəsini, sol yan şüşələrini, sol yan güzgünü qəsdən sındıraraq 500 AZN maddi ziyan vurmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyindən inzibati qaydada məsuliyyətə cəlb olunması qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri özünün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə verdiyi izahatı ilə bərabər işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 500 (beş yüz) manat cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar