Məhkəmə qərarları › İş №3(060)-1593/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1593/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1593/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci il tarixdə, Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7195375 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7195375 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X11 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs X3 və X8 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X11 Şöbəsinin nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, bildirmişdir ki, təxminən 4 aydır ki, Kia Motors Şirkətində sürücü kimi işləyir və şirkət tərəfindən ona təhkim olunmuş Kia Frontier markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etməklə şirkətə məxsus məhsulları sifariş olunan yerlərə çatdırır. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:45 radələrində idarə etdiyi Kia Frontier markalı **- JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobi ilə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə Corat qəsəbəsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə düzünə hərəkətdə olduqdan sonra yolun geriyə dönmə yerinə çatdıqda sol istiqamətdə yerləşən məhəllə yoluna doğru sola dönmə manevri etdiyi zaman, avtomobilinin qabaq hissəsi qarşı əks hərəkət yolu ilə düzünə hərəkət edən mopedlə toqquşmuş, zərbənin təsirindən moped irəliyə doğru hərəkət edərək məhəllə yolu ilə əsas yola doğru hərəkət edib sonradan dayanan VAZ 2104 markalı avtomobillə toqquşmuş və mopedçi idarə etdiyi mopedlə birlikdə və arxasında əyləşmiş bir nəfər sərnişinlə birlikdə yerə yıxılaraq xəsarət almışlar. Hadisədən sonra xəsarət almış şəxslər təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya çatdırılmışlar. Hadisə vaxtı özü xəsarət almamış, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, ayıq vəziyyətdə olmuşdur. Hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. O, zərərçəkmiş şəxslərlə barışdıqlarını, onların tibbi xərclərini ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətin olmadığını bildirərək, məhkəmədən yüngül tənbeh tədbirinin verilməsini xahiş etmişdir. Məhkəməyədək mərhələdə iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 10:45 radələrində idarə etdiyi VAZ 21041 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri İ.Qayıbov küçəsi ilə kəsişmədə yerləşən məhəllə yolu ilə əsas yola doğru düzünə hərəkət etdikdən sonra yolayrıcına çatdıqda hər iki küçənin kəsişməsində dayanıb əsas yolla hərəkət edən nəqliyyat axınını gözləydiyi zaman, qarşıdan İ.Qayıbov küçəsi ilə düzünə hərəkət edib sonradan onun hərəkət yoluna doğru sola dönmə manervi edən Kia Frontier markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə həmin yolda düzünə hərəkət edən moped toqquşmuş, zərbənin təsirindən mopedçi idarə etdiyi mopedlə birlikdə avtomobilin sağ yan qapılarına dəyərək yerə yıxılmışdır. Hadisə nəticəsində mopedçi xəsarət almışdır. Hadisə zamanı o xəsarət almamış, avtomobilinin detal hissələri zədələnmişdir. Hadisə nəticəsində spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, ayıq vəziyyətdə olmuşdur. Məhkəməyədək mərhələdə iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 10:45 radələrində etibarnamə əsasında idarə etdiyi “ZXMCO” markalı 99-c-715 dövlət qeydiyyat nişanlı motosiklla Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə Niyazi küçəsinin kəsişməsi istiqamətində yolun sağ hərəkət zolağı ilə təxminən 45-50 km/saat sürətlə düzünə hərəkətdə olduğu zaman, qarşı hərəkət yolu ilə düzünə hərəkət edən, sonradan yolun geriyə dönmə yerindən, sol istiqaməti üzrə sola dönmə manevrinə başlayan Kia Frontier markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili anidən qarşısına çıxmış, qabaq hissəsi ilə idarə etdiyi motosiklın qabaq sol hissəsindən toqquşmuşdur. Zərbənin təsirindən motosiklla birlikdə yolun sağ kənarında yerləşən məhəllə yolu ilə əsas yola çıxıb dayanmış VAZ 21041 markalı avtomobilə dəyib yerə yıxılmış, sol ayağından xəsarət almışdır. Hadisə vaxtı tanışı Əziz Bayramlı motosiklda arxada sərnişin qismində olmuş və o da yerə yıxılaraq xəsarət almışdır. Hadisədən sonra təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılmış, tibbi müayinədən keçdikdən sonra stasionar müalicədə qalmış, daha sonra ev şəraitində müalicəsi davam etmişdir. Hadisə nəticəsində spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, ayıq vəziyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında olan öz etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7195375 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “KİA FRONTİER- PU Yük” markalı **-JE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə 1984-cü il təvəllüdlü X2 və X5 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2025-ci il tarixli, 646 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bazunun yuxarı 1/3-nin bayır səthinin dərialtı hematoması. Qeyd olunan xəsarət küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə olmaqla qərarda göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2025-ci il tarixli, 730 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol saidin aşağı 1/3-nin arxa səthinin sıyrığı. Sol budun aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol aşıq-baldır oynağının bayır səthinin yaraları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə olmaqla qərarda göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kia Frontier” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə, “ZXMCO” markalı 99-C-715 dövlət qeydiyyat nişanlı motosiklin hadisə vaxtı sürücüsü olmuş X4 əməlində Azərbaycan Respublikası İXM-nin 332.2- ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları, məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar