Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1594/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, xx.xx.1972-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-i tərəfindən İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:30 radələrində sürücü Şəxs idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı,, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 20 yanvar küçəsində hərəkətdə olarkən yolu sağdan sola keçən piyadanı X2 təxminən 2-3 metr məsafədən görüb sükanı sola meyilləndirmiş lakin aralarında məsafə az olduğundan hadisədən yayına bilməyib həmin piyadanı avtomaşının sağ yan gözgüsüylə vurmuşdur. Daxil olmuş tibbi ekspertiza rəylərindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Maqsud Məmmədov yüngül dərərəcəli bədən xəsarətləri almışlar. DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq prokotolu tərtib etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İlkin araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsun izahatından görünür ki, idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-TE- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 21:30 radələrində avtomobili ilə Sumqayıt şəhəri, 20 yanvar küçəsi ilə saatda 20-30 km sürətlə hərəkətdə olduğu vaxt geriyə dönmə əməliyyatı həyata keçirib əks istiqamətli yol ilə hərəkətini davam etdirdikdə yolu sağdan sola keçən piyada X2 təxminən 2-3 metr məsafədən görüb sükanı sola meyilləndirmiş, lakin aralarında məsafə az olduğundan hadisədən yayına bilməyib həmin piyadanı avtomobilin sağ yan gözgüsüylə vurmuşdur. Bundan sonra piyada yerə yıxılmış və o, dərhal avtomobili kənara çəkib saxlamış, piyadanın xəsarət alıb-almadığını müəyyənləşdirmək üçün sonuncunu Sumqayıt şəhər TTYX-na aparmışdır. Hadisə nəticəsində piyada X3 yüngül xəsarət almışdır. Hadisədən əvvəl spirtli içki içmədiyini qeyd etmişdir. Avtomobili idarə etmək hüququ və qüvvədə olan sürücülük vəsiqəsi vardır. “MTE və PA Birliyi” X5 xx.xx.2025-ci il tarixli, 575 saylı ekspert rəyinə əsasən, X1 bədəni üzərində sol aşıq-baldır oynağının şişkinliyi və ağrı hesabına hərəkət məhdudluğu ilə müşaiyət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol aşıq baldır oynağının bayır səthinin əzilmiş-cırılmış yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “CHEVROLET CRUZE MİNİK” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətindədir. Şəxs verdiyi izahatdan məlum olur ki, sonuncu öz təqsirini boynuna almışdır. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün və zərərçəkmiş şəxsin inzibati araşdırma zamanı vermiş olduları izahatlar, eləcə də iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır, ona görə də, o, İXM-nin 327.8ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1594/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1594/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver