Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1595/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9, Qərardan şikayət vermiş şəxs X14 oğlunun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Qərardan şikayət vermiş şəxs X14 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X14 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini və həmin qərar əsasında yazılmış 2500 (iki min beş yüz) manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X14 oğlunun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 bildirdi ki, X14 oğlu Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VÖEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən X14 oğlunun adına MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, “Yaxta" ictimai obyektinin fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Belə ki, X14 oğlu Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazisində işlətdiyi “Yaxta” X4 tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılması üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə ******* saylı müqavilə bağlamışdır. Mütəmadi olaraq orada təmizlik işləri "xxxx" MMC tərəfindən aparılır. Sonuncu dəfə də, 23 aprel 2023-cü ildə "xxxx" MMC tərəfindən təmizlik işləri aparılıb və bu barədə akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, təmizləyici qurğu istismara yararlıdır və istismar müddəti 03 (üç) aydır. Cavabdeh orqan qərəzli şəkildə X14 oğlunun barəsində protokol tərtib etmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla X14 oğlu İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. X14 oğlu ona istinad olunan inzibati xətanı törətməmiş və İXM-nin 233.1-ci maddəsinin tələbini pozmamışdır. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə onu protokolda göstərməyiblər. X11 İlqar oğlunun iştirakını təmin etməyiblər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Protokol tərtib edilərkən, Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Həmçinin hal-hazırki dövrədək Sumqayıt şəhəri, Xəzər dənizi sahili ərazisində işlətdiyi “Yaxta” X5 ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bu hal sadəcə olaraq X14 oğluna qarşı təzyiq forması kimi istifadə edilir. Qərar tamamilə qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır, X14 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli olmağının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X14 oğlu öz təqsirsizliyini sübuta yetirməli deyildir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə və həmin qərar əsasında yazılmış 2500 (iki min beş yüz) manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə X13 Monitorinq İdarəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birlikdə Sumqayıt şəhəri ərazisində növbəti atmosfer havasının vəziyyəti ilə bağlı monitorinq keçirilən zaman Sumqayıt-Novxanı yolu, Sülh küçəsində yerləşən “Yaxta” X4 tüstü bacasında çıxan tüstüdə atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu aşkarlanmış və bu barədə akt tərtib olunmuşdur. X2 işlədən X14 oğlunun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi – müfəttiş vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə X13 Monitorinq İdarəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birlikdə Sumqayıt şəhəri ərazisində növbəti atmosfer havasının vəziyyəti ilə bağlı monitorinq keçirilən zaman Sumqayıt-Novxanı yolu, Sülh küçəsində yerləşən “Yaxta” X7 getmişlər. İstirahət Mərkəzinin müdiriyyəti İlqar müəllimlə görüşmüşlər və gəlişlərinin səbəbini ona bildirmişlər. Bu zaman İlqar müəllim bir nəfər şəxsi onlara təqdim edərək məsul şəxs olduğunu bildirmiş və onun iştirakı ilə ölçü götürməklərini bildirmişdir. Onlar həmin şəxslə İstirahət Mərkəzinin tüstü bacasının yanına gələrək ölçü götürülmüş və tüstü bacasında çıxan tüstüdə atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu aşkarlanmışdır. Bu barədə akt tərtib olunmuş, lakin məsul olan şəxs aktı imza etməkdən imtina etmişdir. Ölçü götürülən zaman bacadan tüstü çıxırdı, lakin təmizləyici qurğu işləmirdi. Məsul şəxs İstirahət Mərkəzində təmizləyici qurğunun olmasını təsdiqləyən sənədi, "xxxx" MMC ilə aralarında olan müqaviləni və orada təmizlik aparılması barədə aktı təqdim etdi. X8 əməkdaşları ölçü götürüləndən sonra təmizləyici qurğunun işləmədiyini və qurğuda nasazlıq olduğunu bildirdi. xx.xx.2023-cü il tarixdə yenidən “Yaxta” X7 getmişlər, orada X14 oğlu atası onları qarşılamış və onlar ölçmənin nəticələrini bildirərək inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişlər. İş materiallarında olan 79526 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə X13 Monitorinq İdarəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birlikdə Sumqayıt şəhəri ərazisində növbəti atmosfer havasının vəziyyəti ilə bağlı monitorinq keçirilən zaman Sumqayıt-Novxanı yolu, Sülh küçəsində yerləşən “Yaxta” X4 tüstü bacasında çıxan tüstüdə atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Yaxta” ictimai iaşə obyektinin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “Yaxta” X4 fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin ətraf mühit üçün yol verilən normativlərdən artıq olduğundan X14 oğlu Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X14 oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X14 oğlu xx.xx.2023-cü il tarixdə saat 11:30-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində aktdan görünür ki, “Yaxta” ictimai iaşə müəssisəsinin təmizləyici qurğuları təmizlənmiş və görülən işlərin ümumi dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə X13 Monitorinq İdarəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birlikdə Sumqayıt şəhəri ərazisində növbəti atmosfer havasının vəziyyəti ilə bağlı monitorinq keçirilən zaman Sumqayıt-Novxanı yolu, Sülh küçəsində yerləşən “Yaxta” X4 tüstü bacasından atmosferə atılan zərərli qazın miqdarı CO-14,7 mq/m3 (norma 5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X14 oğlu barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X14 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1595/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1595/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver