Məhkəmə qərarları › İş №3(060)-1596/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1596/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1596/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərarından şikayət verilən Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi və inspektoru X4, Qərardan şikayət verən şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Əbülfət Abbasov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 50 manat məbləğində cərimə dilmişdir. Qeyd edilən qərardan narazı qalan Əbülfət Abbasov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında EQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Əbülfət Abbasov şikayətini onunla əsaslandırmışdır ki, 15 may 2025-ci il tarixində özünə məxsus ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşıyarkən X3 Sumqayıt Regional İdarəsinin əməkdaşları tərəfindən xəbəri olmadan barəsində protokol tərtib edilmişdir. Bu protokol əsasız və heç bir fakta əsaslanmır. Şəxsi ehtiyyacları üçün yükü öz evinə aparmağı yükdaşıma fəaliyyəti hesab etmir. Hər hansı yük daşıma fəaliyyəti ilə məşğul olmadığıı qeyd edir. Sadəcə öz mülkiyyətində olan əmlakda təmir getdiyi üçün zəruri olan tikinti məmulatını (yükü) mağazadan alıb evə aparırmışdır.. Buna görə də onun buraxılış kartının olmaması normal bir haldır. O müntəzəm yük daşıma fəaliyyəti ilə məşğul olmur. Lakin agentliyin əməkdaşları onun bu arqumentlərinə və işin faktiki hallarına məhəl qoymamışdır. Dövlət orqanının əməkdaşı tərəfindən barəsində İXM-nin 324.4-cü maddəsi ilə protokol tərtib olunmuş, daha sonra 29 may 2025-ci il tarixində Sumqayıt Regional İdarəsi həmin protokola əsasında İXM-in 324.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və 50 manat məbləğində cərimə olunmuşdur. Qərarı xx.xx.2025-ci il tarixdə poçtla almışdır. Qeyd edir ki, barəsində qəbul olunan inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. MN ******* nömrəli, 29 may 2025-ci il tarixli qərarın ləğv olunaraq barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin etibarnamə üzrə nümayəndəsi və inspektoru İlqar Ağayev izahatında bildirmişdir ki, vətəndaş Əbülfət Abbasov barəsində “FORD TRANZİT” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərək buraxılış kartı olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması faktı aşkar edildiyi üçün İXM-nin 324.4-cü maddəsi ilə protokol tərtib edilmiş, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 50 manat məbləğində cərimə olunmuşdur. AYNA tərəfindən tərtib edilmiş protokolu və inzibati tənbeh vermə haqqında qərarı müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını və MN ******* nömrəli, 29 may 2025-ci il tarixli qərarın ləğv edimədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət verən Əbülfət Abbasov şikayətinin məzmununa uyğun izahat vedikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, mülkiyyətində olan “FORD TRANZİT” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olması üçün buraxılış kartı almalı olduğundan xəbərsiz olmuşdur. Topladığı metal məmulatlarını, eləcə də kağız məmulatları toplayıb avtomobili ilə daşıyaraq qəbul məntəqələrinə sataraq ailəsini təmin etmişdir. Məhkəmə iclasında t şahid qismində dindirilmiş və sürücü barəsində akt tərtib etmiş AYNA Sumayıt Regional İdarəsinin kiçik inspektoru Şahid izahatından sonra Əbülfət Abbasov həqiqətən də qayda pozuntusu törətdiyini etiraf etmiş, təqsirli olmasını boynuna almışdır. Belə ki, məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin kiçik inspektoru Şahid izahatında göstərmişdir ki, 2025-ci ilin may ayında vətəndaş Əbülfət Abbasov idarə etdiyi “FORD TRANZİT” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olarkən özü, eləcə də AYNA Sumayıt Regional İdarəsinin inspektoru Hidayət Məmmədov və kiçik inspektor Fizuli müəllimin iştirakı ilə saxlanılmış, avtomobilə baxış keçirilərkən içərisində metal parçaları aşkar edilmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsinə baxış keçirilmiş, yük maşını olduğu müəyyən edilmişdir. Avtomobil saxlanılan zaman içəridə sərnişin olmamışdır. Sürücüdən həmin malları daşımağa icazə verən buraxılış kartının olub-olmadığı soruşulduqda sonuncu onlara şəxsi ehtiyacları üçün həmin malı daşıdığını və buna görə də buraxılış kartına ehtiyacı olmadığını bildirmişdir. Əbülfət Abbasov törətdiyi inzibati xəta haqqında inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmiş və inspektor Hidayət Məmmədov tərəfindən barəsində protokol tərtib edilmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “İnzibati xəta haqqında” 15 may 2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən, həmin tarixdə, saat 11:20 radələrində Sumqayıt şəhəri ərazisində “Ford Tranzit” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla buraxılış kartı olmadan yükdaşıma fəaliyyəti həyata keçirməsi faktı aşkar edilmişdir. “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 15 may 2025-ci il tarixli, 132 №-li akta əsasən, həmin tarixdə, saat 11:10 radələrində “FORD TRANZİT” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə buraxılış kartı olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olunması fatı aşkar edildiyindən akt tərtib edilmiş, pozuntu törədən şəxs Əbülfət Abbasov izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən inzibati xətanın törədildiyi avtomobilin dövlət qeydiyyat nişanının **-CF-*** olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə Əbülfət Abbasovun şikayətinin dəlillərini işdə olan və əldə edilmiş digər sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətin əsassız olması qərardan şikayət verən şəxs Əbülfət Abbasovun məhkəmə iclasında Şahid qismində izahatı alındıqdan sonra verdiyi etirafedici izahatı və əldə edilmiş sübutalarla təsdiq edilmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Əbülfət Abbasovun inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar