Məhkəmə qərarları › İş №3(060)-1597/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1597/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1597/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh vermə haqqında 03 fevral 2022-ci il tarixli MN ******* №li qərarından X14 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X14 şikayətlə ünvan 1 ünvanında yerləşən içtimai iaşə obyektində İXM-nin 220.1-ci maddəsinin tələbləri icarəçi X10 tərəfindən pozulduğundan və həmin obyektə onun aidiyyəti olmadığından barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, həmçinin mübahisələndirilən qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X14 tərəfindən verilmiş Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh vermə haqqında 03 fevral 2022-ci il tarixli MN ******* №li il tarixli qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair X14 tərəfindən verilmiş vəsatət təmin edilərək şikayət icraata qəbul edilmişdir. X14 şikayətində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən ictimai iaşə obyektində çalışan 1 nəfər işçi dövri tibbi müayinədən keçmədiyinə, bununla da İXM-nin 220.1 -ci maddəsinin tələbləri pozulduğuna görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında da xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə inzibati pozuntuya görə ona müvafiq orqan tərəfindən 100,00 manat məbləğində cərimə yazılmışdır. Yuxarıda qeyd olunan akt və inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin obyekt qardaşı X5 adına və ona məxsus olmaqla obyektin ona heç bir aidiyyəti olmamışdır. Bundan başqa, sözügedən obyekt qardaşı ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında sonuncuya 1 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icarəyə götürülən sahənin sanitar qaydaları ilə, yanğın əleyhinə qaydalarla və binada quraşdırılmış sanitar-texniki və mühəndis qurğuların istismar qaydaları ilə nəzərdə tutulmuş qaydada saxlamağı, eyni zamanda dövlət vergi və rüsumları ödəməyi, habelə tibbi müayinəni icarəçi, yəni X8 öz öhdəsinə götürmüşdür. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 01 iyul 2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı ərazi Vergilər Baş idarəsinə sorğu verilməsi ilə bağlı işin baxılması 28 iyul 2022-ci il tarixə salınmışdır. 28 iyul 2022-ci il tarixdə məhkəmə iclasına qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndsəi məhkəmə iclasına gəlmədiyindən və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini təsdiq edən sübutların təqdim olunması ilə bağlı işin baxılması 10 avqust 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X14 şikayətinə uyğun izahat verərək barəsindəki 03 fevral 2022-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Sumqyaıt şəhər, 4-cü mikrorayondakı “Dəf” kafesində xx.xx.2022-ci il tarixdə müəssisədə bir nəfər işçi tibbi müayinədən keçməyib, bu barədə çıxarış yoxlamaya təqdim edilməmişdir. Şikayət vermiş şəxs X14 iddia edir ki, həmin obyekt qardaşı X5 adına və sözügedən obyekt qardaşı ilə X8 arasında icarə müqaviləsi əsasında sonuncuya icarəyə verilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portal çıxarışında ********** VÖEN-i ilə X7 “Dəf” kafesində fəaliyyəti qeyd olunmuşdur. Bu səbəblə X14 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Portalda başqa adamın adı qeyd olunmadığından onların başqa şəxs barəsində inzibati tənbeh qərarı qəbul etmək hüququ yoxdur. Qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmənin növbəti iclasında iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 da izahatında digər nümayəndə T Lalayevin izahatına uyğun izahat verdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X14 barəsində 27 yanvar 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 03 fevral 2022-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X14 barəsində İXM-nin 220.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan 11 yanvar 2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterinin çıxarışından görünür ki, ********** VÖEN-i ilə X7 “Dəf” kafesində fəaliyyəti qeyd olunmuşdur. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 3(060)- 1597/2022 saylı məktubuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi vergilər baş idarəsinin 22 iyul 2022-ci il tarixli, 22020203 86552300 №-li məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15 ünvanında yerləşən təsərrüfat subyekti daşınmaz əmlakın mülkiyyətçisi X11 ilə X8 (VÖEN: **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə və X4 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli təsərrüfat subyektinin (obyektinin) uçota alınması barədə ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə **********-29001 kodla (kafe) uçota alınmışdır. Uçot baza məlumatlarına əsasən qeyd edilən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2022-ci il tarixə fəaliyyəti aktivdir. Məhkəməyə təqdim edilmiş şəhadətnamənin surətindən görünür ki, Sumqaıt şəhər, 4-cü mikrorayon, 6/15 ünvanında yerləşən 35,8 kv.m-lik qeyri yaşayış sahəsinin mülkiyyətçisi X6r. Göründüyü kimi 11 yanvar 2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterinin çıxarışında X7 fəaliyyəti qeyd olunsa da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi vergilər baş idarəsinin 22 iyul 2022-ci il tarixli, 22020203 86552300 №-li məktubu ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15 ünvanında yerləşən təsərrüfat subyekti daşınmaz əmlakın mülkiyyətçisi X11 ilə X8 (VÖEN: **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə və X4 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli təsərrüfat subyektinin (obyektinin) uçota alınması barədə ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə **********-29001 kodla (kafe) uçota alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, mübahisələndirilən qərar qanunvericiliyin tələbləri pozulmaqla aidiyyəti olmayan şəxs barəsində qəbul edilmişdir. X13 Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən müvafiq araşdırma aparılmadan törədilmiş inzibati xətaya aidiyyəti olmayan X14 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin rəisi tərəfindən X14 barəsində qəbul olunmuş 03 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar