Məhkəmə qərarları › İş №3(060)-1597/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1597/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1597/2024 02.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və 2500 manat məbləğində olan cərimənin silinməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “X10 Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və onun barəsində 27 may 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, “Ozan” restoranının tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuş və təmizləyici qurğu quraşdırılmamışdır. Ona görə 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında o, İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunmuşdur. O, inzibati xəta törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin tələbini pozmamışdır. Belə ki, həmin restoranın sahibi o deyil. Ümumiyyətlə həmin restoranın ona aidiyyəti yoxdur. Belə olan halda barəsində inzibati tənbeh vermə haqında qərar qəbul olunması və inzibati qaydada cərimə olunması tamamilə qanunsuz və əsassızdır. Hesab edirəm ki, həmin qərar ləğv edilməlidir. Qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli olmağının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşdüyü üçün o, öz təqsirsizliyini sübuta yetirməli deyil. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və 2500 manat məbləğində olan cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 bildirmişdir ki, idarə tərəfindən xx.xx.2024-cü il tarixdə “Ozan” restoranında monitorinq aparılmış, monitorinq zamanı “Ozan” restoranında qaz-toztutucu təmizləyici qurğunun quraşdırılmalı, eyni zamanda atmosfer havasına atılan zərərli qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə Ankat 64M3 03 səyyar cihazı vasitəsilə analizölçmə işləri aparılmış, nəticəyə əsasən həmin ərazidə dəm qazının miqdarının CO-8,2 mq/m3 təşkil edərək, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Araşdırma prosesində X5 idarəyə ərizə ilə müraciət edərək onun adına aktiv VÖEN olduğunu, qardaşı X2 adına qeyri-ativ VÖEN olduğunu bildirmişdir. Araşdırma zamanı X4 onun adına qeyri-aktiv VÖEN olması barədə hər hansı məlumat verməmişdir. İnzibati xəxta haqqında protokol tərtib olunmasına əsas X2 xx.xx.2024-cü il tarixdə idarəyə ünvanladığı ərizə olmuşdur. Göstərilən halları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Ozan” restoranın tüstü bacasında təmizləyici qurğunun olmadığı,atmosferə atılan zərərli maddələrin miqdarını yol verilən normadan artıq olduğu müəyyən edilmiş, bu səbəbdən də X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məəcəllənin 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, əməkdaşlar tərəfindən X3 iştirakı ilə monitorinq keçirilmiş, 64M3 03 səyyar cihazı vasitəsilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən həmin ərazidə dəm qazının miqdarının CO-8,2 mq/m3 təşkil etmiş və bu miqdarın ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə “Ozan” restoranında monitorinq aparılmış, monitorinq zamanı “Ozan” restoranında qaz-toztutucu təmizləyici qurğunun quraşdırılmaması, eyni zamanda atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması aşkar edilmişdir. Həmin vaxt “Ozan” restoranın fəsaliyyəti ilə əlaqədar aktiv VÖEN başqa şəxsin adına olmasına baxmayaraq X4 vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmayaraq “Ozan” restoranın rəhbərinin kim olması dəqiqləşdirilmədən X4 əsassız olaraq məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar