Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-160/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi- X2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən Sumqayıt şəhər Məhkəməsinə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra mətndə «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı) (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı Sumqayıt Baş Gömrük İdarəsində **********1980 GB ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirərək 27.08.2020-ci il tarixədək ölkə ərazisindən geri qaytarmağı öhdəliyinə götürdüyü 2014-cü il buraxılışlı, şassi/ban nömrəsi LXGCPA322EA006365, mühərrikin həcmi 9726 sm3 olan, PM950MP nömrəli, XCMG markalı Avtokranı qanunvericiliyin tələblərini pozaraq müvəqqəti idxal müddəti bitdikdən sonra müddəti uzatmaq üçün gömrük orqanına müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X4 bildirdi ki, «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı Sumqayıt Baş Gömrük İdarəsində **********1980 GB ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirərək 27.08.2020-ci il tarixədək ölkə ərazisindən geri qaytarmağı öhdəliyinə götürdüyü 2014-cü il buraxılışlı, şassi/ban nömrəsi LXGCPA322EA006365, mühərrikin həcmi 9726 sm3 olan, PM950MP nömrəli, XCMG markalı Avtokranı qanunvericiliyin tələblərini pozaraq müvəqqəti idxal müddəti bitdikdən sonra müddəti uzatmaq üçün gömrük orqanına müraciət etmişdir. Odur ki, «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati işin materiallarında olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən tərtib edilmiş 18 dekabr 2020-ci il tarixli, 00700- 0224/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı **********1980 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti idxal” gömrük prosedurunda rəsmiləşdirilmiş avtokran yükünün müvəqqəti idxal müddətinin 12 ayadək uzadılması barədə 13 noyabr 2020-ci tarixdə ərizə ilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişdir. Qeyd olunan yükə aid sənədlərin yoxlanılması zamanı qeyd olunan yükün müvəqqəti idxal müddətinin 27.08.2020-ci il tarixdə bitdiyi müəyyən edildiyindən fakt üzrə araşdırılma aparılması üçün sənədlər 13.11.2020-ci il tarixli 34/012/002709 saylı raportla aidiyyatı üzrə Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinə göndərilmişdir. Qeyd olunan faktla bağlı Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində 19.11.2020-ci il tarixdə 00700-0224/20 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati işin materiallarında olan 17 dekabr 2020-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) səlahiyyətli nümayəndəsi X3 bildirmişdir ki, 27.08.2019-cu il tarixdə Gürcüstan Respublikasından 2014-cü il buraxılışlı, şassi/ban nömrəsi LXGCPA322EA006365, mühərrikin həcmi 9726 sm3 olan, PM950MP nömrəli, XCMG markalı Avtokranı 27.08.2020-ci il tarixədək geri qaytarmağı öhdələrinə götürərək Sumqayıt Baş Gömrük İdarəsində **********1980 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti idxal” gömrük prosedurunda bəyan etmişlər. Lakin dünyanı bürüyən Koronavirus pandemiyası səbəbindən Sumqayıt Şəhər İcra Hakimiyyəti qarşısında götürdükləri tam yerinə yetirə bilmədikləri üçün həmin XCMG markalı Avtokranın müvəqqəti idxal müddətini 12 aya qədər uzatmağı qərara almışlar. Buna görə də 12 noyabr 2020-ci il tarixdə ərizə ilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişlər. Pandemiya səbəbindən bütün işləri yarımçıq qalmış, tətbiq olunan karantin rejiminə görə planlarrı pozulmuş, müddətin keçməsindən xəbərləri olmamışdır. Həmin malları 1 il müddətinə müvəqqəti idxal etmişlər. Lakin həmin vaxt pandemiya səbəbindən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilməyəcəkləri nəzərə ala bilməmişlər. Bununla belə, törədilən əməlin hüquqpozma olduğunu etiraf edir, qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyyəti daşımağa hazır olduqlarını bildirir və gələcəkdə belə halların təkrarlanmayacağına zəmanət verir. Beləliklə, Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.7-ci bəndində göstərilmişdir ki, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan «Şəxs” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə olunsun. Qərarın İcrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-160/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-160/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver