Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-160/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü ildə X2 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi-nin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilmişdir. Qərarın surəti X4 verildiyindən şikayətə əlavə edilmişdir. Şikayət isə xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X3 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. X4 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-160/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-160/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver