Məhkəmə qərarları › İş №3(060)-1608/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1608/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1608/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəis müavini X1 qəbul etdiyi 04 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarından X3 tərəfindən verilən şikayətə baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəis müavini X1 qəbul etdiyi 04 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1608/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmə icraatına qəbul edilmiş, məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 14:10-a Sumqayıt şəhər Məhkəməsinin binasına təyin edilmiş, lakin qərardan şikayət vermiş şəxs X3 teleqram ilə məhkəməyə müraciət edərək işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 16:00-a təxirə salınmışdır. X3 xx.xx.2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək verdiyi şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 ərizəsi nəzərə alınaraq onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Sumqayıt regional ərazi şöbəsininrəis müavini X1 qəbul etdiyi 04 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarından verdiyi şikayəti və şikayətə əlavə etdiyi sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəis müavini X1 qəbul etdiyi 04 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarından X3 tərəfindən verilən şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar