Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1608/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:42-də idarə etdiyi “Niva” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı rayonu, H.Əliyev küçəsində hərəkətdə olan zaman işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş halda idarə etməsi məlum olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Masallı rayon X3 X4 tərəfindən xx.xx.2023-cü il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. Masallı rayon Məhkəməsinin 3(050)-683/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəxs vəsatəti ilə yaşayış yeri üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirmişdir ki, içkili olmadığı halda barəsində protokol tərtib edilmişdir. Polis əməkdaşları müayinə üçün onu Cəlilabada aparmaq istəmiş, o isə rayondakı həkimlərə inanmadığı üçün Lənkəranda müayinədən keçmişdir. Eyni zamnda polis şöbəsindən gec buraxdıqları üçün müayinəyə gec getmişdir. Onu əsassız polis şöbəsində saxlamışlar. Yalnız içkili olması barədə qeyd yazdıqdan sonra onu buraxmışlar. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan, müayinəyə göndərmək haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi tam sübuta yetirilir. İş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xx.xx.2023-cü il tarixdə saat 09:10-da “Manual” markalı xüsusi texniki vasitədən istifadə edilmiş və onda alkoqolun miqdarı 0,418% olmuşdur. Şəxs gecə 1 bakal pivə içib maşın sürməsi ilə bağlı qeyd yazaraq imza etmişdir. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, 001114 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs öz müraciəti ilə xx.xx.2023-cü il tarixdə saat 11:05-də müayinədən keçmiş və onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37 maddəsinin 13-cü bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməsi mexaniki nəqliyyat vasitələrinin sürücülərinin vəzifəsidir. Həmin Qanunun 85-ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında Qaydalarının 2.7-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə qeyd edir ki, Şəxs spirtli içkinin təsiri altında avtomobili idarə etməsi alkotester vasitəsilə müəyyən edilmiş, Şəxs qeyd olunan nəticə ilə razılaşmış və bu barədə qeyd aparmışdır. Şəxs hadisədən iki saat sonra sərxoşluğu olmaması ilə bağlı akt təqdim etməsi yol polisi əməkdaşlarının onu saxladığı vaxtda onda spirtli içki qəbulu faktı aşkar edilmədiyinə dəlalət etmir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nazirlər Kabinetinin 209 saylı Qərarının 2.4 bəndinə əsasən xüsusi texniki vasitənin qanda alkoqol konsentrasiyasının 0.3 promilli və daha artıq olan göstəricisində şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0.10-0.20 promil təmizlənir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vət. Şəxs xx.xx.2023-cü il tarixdə “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edib, “NİVA” markalı Az ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi səbəbindən müvəqqəti duracağa yerləşdirilməsi ilə bağlı məlumat vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1608/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1608/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver